
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, dünən, (08.12.2025) Zaqatala RPŞ-nin İlqar adlı polis sahə inspektoru və Samir adlı polis nəfəri ilə birlikdə Qandax kəndinə gedərək,bir qapını döyüblər. Onların üzünə qapı açan gənci bir-başa ittiham edərək, ona bildirmişdirlər ki, "sən qız qaçırmısan"! Gənc də polis əməkdaşları ilə hörmətlə davranaraq, gülümsəmiş, həmin ittihamın əsassız olduğunu demişdir. Əlavə olaraq, həmin gənc, polislərə bir-neçə sual vermişdir ki, Əvvəla mənim barəmdə RPŞ-nə və ya DİN-nin 102 xidmətinə hər hansı bir şikayət xarakterli məlumat daxil olubmu və ya Sizə bu məlumatı kim verib? Polislər həmin sual qarşısında aciz qalaraq, çıxıb getmişdirlər.
Qeyd edək ki, polislərin qapıya gələrək gənci ittiham etdiklərinə görə, evdə səhhətində narahatçılıq olan babanın səhhətindəki vəziyyət daha da ağırlaşmışdır.
Dəyərli izləyici dostlar!
Qeyd edərək diqqətinizə çatdıraraq, bildiririk ki, həmin polislərin qapıya gedərək əsassız şəkildə vətəndaşı ittiham etmələrinin doğru olub-olmadığını, yəni qanunvericiliyə uyğun olub-olmadığını öyrənmək məqsədi ilə tərəfimizdən DİN-nin rəhbərliyinə rəsmi məlumat məktubu ünvanlanacaqdır.
"KORRUPSİYAXƏBƏR"