Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Bu məhsulları dənizə aparmayın - SİYAHI

Bu məhsulları dənizə aparmayın - SİYAHI

25 iyl 2025, 10:50, korrupsiya
0 şərh    8 Baxılıb

Bu məhsulları dənizə aparmayın - SİYAHI

Yay mövsümündə çimərliklər və dəniz kənarı ərazilər insanların istirahət üçün ən çox üz tutduğu məkanlardan biridir. Havanın isti, günəşin parlaq olduğu günlərdə aclıq hissi daha tez yaranır. Bu səbəbdən bir çoxları çimərliyə yemək və içki götürməyi üstün tutur. Lakin bəzi məhsullar var ki, onları gün altında saxlamaq sağlamlıq üçün ciddi təhlükə yarada bilər.

 yenisabah.az xəbər verir ki, araşdırmalar  yüksək temperaturda saxlanılan bəzi qidaların qısa müddət ərzində xarab olduğunu və nəticədə zəhərlənmə, ishal, qusma və digər mədə-bağırsaq problemləri yarana bildiyini göstərir. Bu isə istirahəti kabusa çevirə bilər.

Bəs isti havada ən tez hansı məhsullar xarab olur?

Nəzər salaq:

Mütəxəssislərin sözlərinə görə, ən riskli qida qrupuna süd və yumurta tərkibli məhsullar daxildir. Buraya mayonezli salatlar, südlü içkilər, qatıq, pendir və kremlə hazırlanan şirniyyatlar aiddir. Bu məhsullar soyuducu olmadan bir neçə saat ərzində təhlükəli hala gəlir.

Eyni risk bişmiş ət, toyuq, kolbasa, kabab və digər ət məhsulları üçün də keçərlidir. Xüsusilə açıq qablaşdırmada saxlanılan bu qidalar yüksək temperaturda zərərli bakteriyaların sürətlə çoxalması üçün əlverişli mühit yaradır.

Qarpız və yemiş də təhlükəlidir: Yayda ən çox yeyilən meyvələrdən olan qarpız və yemiş də sağlamlıq baxımından təhlükə yarada bilər. Bu meyvələr kəsildikdən sonra isti mühitdə saxlanarsa, onların içində bakteriyalar sürətlə yayılır. Qarpız və yemişin şəkər tərkibinin yüksək olması mikrobların çoxalmasını daha da sürətləndirir.

Konservlər və dəniz məhsulları risk daşıyır: Çimərliyə aparılan balıq konservləri və dəniz məhsulları da zəhərlənmə riski yarada bilər. Bu məhsullar günəş şüalarına məruz qalarsa və düzgün şəraitdə saxlanmazsa, içindəki qoruyucu qatlar zərər görür və zərərli bakteriyalar yaranır. Konservlərin açıq halda saxlanılması isə yoluxma ehtimalını daha da artırır.

Çimərliyə hansı qidaları aparmaq olar?

Mütəxəssislər bildirirlər ki, çimərlik şəraitinə uyğun yüngül, tez xarab olmayan və soyuducuya ehtiyac duymayan məhsullar seçilməlidir. Bunlara aşağıdakılar daxildir:

Qabığı soyulmamış meyvələr (alma, banan, ərik və s.)

Quru meyvə və tumlar

Soussuz sendviçlər (pendirli və ya tərəvəzli)

Quru məhsullar - biskvit, kraker, simit

Termosda saxlanmış içkilər (su, çay və s.)

Yoluxucu xəstəlik riski

Qeyd edək ki, isti havada xarab olmuş qidaların istehlakı ishal, qusma, qarın ağrısı və halsızlıq kimi simptomlara səbəb olur. Bu əlamətlər bəzən günvurma ilə qarışdırılsa da, əslində qida zəhərlənməsinin nəticəsidir və bəzi hallarda tibbi müdaxilə tələb olunur.

Şərhlər