Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » "Zaqatalada utandıran mənzərə: Zərifə Əliyevanın adını belə qoruya bilmirlər!"

"Zaqatalada utandıran mənzərə: Zərifə Əliyevanın adını belə qoruya bilmirlər!"

12 iyn 2026, 16:20, korrupsiya
0 şərh    34 Baxılıb


 

"Zaqatalada utandıran mənzərə: Zərifə Əliyevanın adını belə qoruya bilmirlər!"


"KORRUPSİYAXƏBƏR" in rəhbəri Elyaz Yazan, Zaqatala şəhərində səfərdə olarkən, Zaqatala şəhərində yerləşən və ölkənin görkəmli oftalmoloqu, akademik Zərifə Əliyevanın adını daşıyan parkın girişində diqqətçəkən və təəssüf doğuran mənzərə ilə qarşılaşıb.

Elyaz (Yazan) bildirir ki, Parkın giriş hissəsində qızılı hərflərlə yazılmış "Zərifə Əliyeva" adında ciddi qüsur mövcuddur. Belə ki, "Əliyeva" soyadının sonundakı "V" hərfi yerində deyil və nəticədə yazı natamam vəziyyətdə qalıb.

Bu, ilk baxışdan kiçik texniki nasazlıq kimi görünə bilər. Lakin söhbət Azərbaycan xalqının böyük hörmətlə yanaşdığı, ölkənin ictimai-siyasi tarixində mühüm yeri olan bir şəxsiyyətin adından gedirsə, məsələyə fərqli yanaşmaq lazımdır.

İllərdir parkın girişində mövcud olan bu nöqsan niyə aradan qaldırılmır? Görəsən, aidiyyəti qurumların əməkdaşları hər gün həmin ərazidən keçərkən bu mənzərəni görmürlərmi? Yoxsa dövlətçilik və milli-mənəvi dəyərlərimizin simvollarına münasibət bu qədər laqeydliklə müşayiət olunmalıdır?

Akademik Zərifə Əliyevanın adını daşıyan bir parkın girişində belə bir qüsurun mövcudluğu təkcə estetik problem deyil. Bu, həm də ictimai məsuliyyət, diqqət və hörmət məsələsidir.

Ümid edirik ki, Zaqatala şəhərində abadlıq və kommunal təsərrüfat sahəsinə cavabdeh qurumlar məsələni diqqətdə saxlayacaq, qısa müddət ərzində çatışmazlıq aradan qaldırılacaq və parkın girişindəki yazı öz əvvəlki görkəminə qaytarılacaq.

Sonda onu da qeyd edək ki, Elyaz Yazan, həmin mənzərə ilə bağlı AR-nın prezidentinə rəsmi məlumat məktubu ünvanlanması barədə göstəriş verib.

"KORRUPSİYAXƏBƏR" 

Şərhlər