Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » ELYAZ YAZAN: İLK DƏFƏ BELƏ BİR AVTOBUS SÜRÜCÜSÜ GÖRDÜM

ELYAZ YAZAN: İLK DƏFƏ BELƏ BİR AVTOBUS SÜRÜCÜSÜ GÖRDÜM

15 yan 2026, 00:29, korrupsiya
0 şərh    66 Baxılıb

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, bu gün Zaqatala rayonunda bir avtobus sürücüsünün sərnişinlərlə davranışı redaksiya heyətinin rəhbəri Elyaz (YAZAN) Gülüyevin çox xoşuna gəlib.

Elyaz (YAZAN), bildirir ki, O, bu gün Zaqatala rayonunun Qandax kəndində demək olar ki, ömrünün yarısını (25 ilə yaxın) dır ki,  rayon və kəndarası sərnişin daşıyan 55 yaşlı Sultan adlı şəxsin idarə etdiyi avtobusla bir qədər məsafə qət edib. Sultan adlı sürücü, avtobusda azyaşlı uşaqlara və digər  sərnişinlərə müraciət edərək, avtobusdan enərkən təhlükəsizlik qaydalarına riayət etmələri barədə təbliğat xarakterli tövsiyələr edib. Elyaz (YAZAN) deyir ki, mən elə düşündüm ki, avtobus sürücüsü mənim qonaq olduğumu və vəzifəli şəxs qismində geyindiyimi gördüyü üçün deyir. Lakin, sonradan kənd sakinləri, Sultan adlı sürücünün yalnız həmin gün deyil, hər zaman insanlara qarşı nəzakətli və alicənab davrandığını bildiriblər.

Odur ki, biz də Sultan adlı sürücünün bu kimi fəaliyyətini dəyərləndirərək, ona redaksiya heyətinin rəhbəri Elyaz (YAZAN) başda olmaqla, bütün əməkdaşlarımız adından təşəkkür edirik. Əlavə olaraq da rəhbərlik tərəfindən Sultan adlı sürücünün barəsində aidiyyatı qurumlara rəsmi məlumat məktubu ünvanlanacağını diqqətə çatdırırıq.

"KORRUPSİYAXƏBƏR"


Şərhlər