Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" in məlumatına görə, Tovuzun Əyyublu kəndindən...
Qısqanclıq: İnsan Həyatını Məhv Edən Görünməz Təhlükə...
"KORRUPSİYAXƏBƏR" in təsisçi rəhbəri Elyaz Yazan Şin kənd tam orta...
Sərnişinin təhlükəsizlik kəməri qaydası ilə bağlı mühüm açıqlama Son dövrlərdə...
Mayın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1792,3 min nəfər...
"Zaqatalada utandıran mənzərə: Zərifə Əliyevanın adını belə qoruya...
Gədəbəy rayonuna dolu yağıb. “KORRUPSİYAXƏBƏR” xəbər verir ki, təbiət hadisəsi...
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki...
Баннер
Korrupsiya Xəbər » Gündəm » PEŞƏSİNƏ AŞİQ MÜƏLLİMİN BÖYÜK UĞURU

PEŞƏSİNƏ AŞİQ MÜƏLLİMİN BÖYÜK UĞURU

13 iyn 2026, 19:12, korrupsiya
0 şərh    53 Baxılıb

"KORRUPSİYAXƏBƏR" in təsisçi rəhbəri Elyaz Yazan Şin kənd tam orta məktəbində "İlin müəllimi" adına layiq görülən İlkin müəllimi səmimi qəlbdən təbrik edib.

 

Elyaz Yazan bildirib ki, müəllimlik cəmiyyətin ən müqəddəs və məsuliyyətli peşələrindən biridir. Uzun illər ərzində təhsilin inkişafına töhfə verən, gənc nəslin savadlı və vətənpərvər ruhda yetişməsində mühüm rol oynayan İlkin müəllimin "İlin müəllimi" adına layiq görülməsi onun zəhmətinin və peşəkarlığının layiqli qiymətləndirilməsidir.

Qeyd olunub ki, İlkin müəllim 2004-cü ildən etibarən Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərərək yüzlərlə şagirdin təlim-tərbiyəsində mühüm rol oynayıb. Onun pedaqoji fəaliyyəti müxtəlif dövrlərdə fəxri fərman və sertifikatlarla qiymətləndirilib.

Elyaz Yazan İlkin müəllimə gələcək fəaliyyətində yeni uğurlar, möhkəm can sağlığı və təhsil sahəsində daha böyük nailiyyətlər arzulayıb.

"İnanıram ki, İlkin müəllim bundan sonra da öz bilik və bacarığını gənc nəslin yetişməsinə sərf edəcək, Azərbaycan təhsilinin inkişafına dəyərli töhfələr verməyə davam edəcək. Bu münasibətlə onu ürəkdən təbrik edir, fəaliyyətində yeni-yeni uğurlar arzulayıram", – deyə Elyaz Yazan qeyd edib.

 

İndi isə İlkin müəllimin 22 illik zəhmətindən qeyd edək.

1981-ci il yanvarın 17-də dünyaya göz açan bu ziyalı ömrünün böyük hissəsini elmə, təhsilə və gənc nəslin maariflənməsinə həsr edib. 1987–1998-ci illərdə orta təhsilini uğurla başa vurduqdan sonra 1999–2000-ci illərdə hərbi xidmətdə olaraq Vətən qarşısındakı borcunu şərəflə yerinə yetirib.
Təhsilə olan sevgisi onu 2002-ci ildə Bakı Slavyan Universiteti-nin Filologiya fakültəsinə gətirib və 2007-ci ildə ali təhsilini uğurla başa vurub. Hələ tələbəlik illərindən müəllimlik peşəsinə böyük maraq göstərən pedaqoq 2004-cü ildən etibarən Baş Şabalıd kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir.

 
Uzun illər ərzində şagirdlərinin savadlı, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı vətəndaş kimi formalaşması üçün əzmlə çalışan müəllim həm peşəkar fəaliyyəti, həm də yüksək mənəvi keyfiyyətləri ilə kollektivin və valideynlərin dərin hörmətini qazanıb.
Təhsil sahəsindəki səmərəli fəaliyyəti müxtəlif vaxtlarda Baş Şabalıd kənd tam orta məktəbi və Şin kənd tam orta məktəbi tərəfindən fəxri fərmanlar və sertifikatlarla qiymətləndirilib. Bu il isə onun zəhməti daha yüksək dəyərləndirilərək Şin kənd tam orta məktəbində keçirilən qiymətləndirmə nəticəsində "İlin müəllimi" adına layiq görülüb.
Bu nüfuzlu ad müəllimin uzun illər ərzində göstərdiyi yorulmaz fəaliyyətin, peşəsinə olan sevgisinin və gələcək nəsillərin yetişdirilməsi yolunda çəkdiyi zəhmətin bariz göstəricisidir.
Belə müəllimlər təhsilimizin qızıl fondunu təşkil edir, onların fəaliyyəti isə gənc pedaqoqlar üçün örnək, cəmiyyət üçün isə qürur mənbəyidir. "İlin müəllimi" adına layiq görülməsi münasibətilə onu ürəkdən təbrik edir, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

KORRUPSİYAXƏBƏR


Şərhlər