Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » VƏTƏNDAŞ, DYP POLİSİNİN ƏMƏKDAŞINDAN RAZILIQ BİLDİRDİ.

VƏTƏNDAŞ, DYP POLİSİNİN ƏMƏKDAŞINDAN RAZILIQ BİLDİRDİ.

26 dek 2025, 22:44, korrupsiya
0 şərh    44 Baxılıb

  

“KORRUPSİYAXƏBƏR” ə AR-nın DİN-nin Baş DYPİ-nin Alayı, 5-ci Tağımın Murad adlı əməkdaşı barədə təşəkkür bildirilib. 


Anonimliyinin qorunmasını xahiş edən Zaqatala rayon sakini, bu gün redaksiyamızın qaynarxəttinə zəng edərək, yuxarıda adı qeyd olunan Murad adlı YPX inspektorunun davranışından razı qaldığını bildirib. 


Belə ki, müraciət müəllifinin bildirdiyinə görə, bu gün öz avtomobili ilə hərəkətdə olarkən, AR-nın DİN-nin Baş DYPİ-nin Alayı, 5-ci Tağımın Murad adlı əməkdaşı tərəfindən saxlanılmış, O da avtomobildən enərək, inspektora tərəf yaxınlaşmış, polislə görüşərək, əlinin içərisində 5 ədəd 1 manatlıq əskinazdan ibarət olan 5 manatı, inspektora vermək istəmiş, inspektor da həmin sürücü ilə yüksək səviyyədə nəzakətli və gülərüz davranaraq, ona demişdir ki, “dayının balası, əvvəla biz xidməti vəzifə borcumuzu yerinə yetiririk, yəni sən yaş baxımından azyaşlı kimi göründüyün üçün saxladıq, həm də o pulu götür, gənc oğlansan, özün üçün xərclə. 


Müraciət müəllifi bu davranışdan çox razı qaldığı üçün, yaşadığı həmin mənzərəni redaksiyamıza danışaraq, cənab nazirə həmin əməkdaşla bağlı razılıq məktubunun göndərilməsini xahiş etmişdir.


Odur ki, müraciət müəllifinin xahişini nəzərə alaraq, polisin xidmətinə düzgün qiymət verdiyinə görə, həm özünə, həm də Murad adlı inspektora təşəkkürümüzü bildiririk. Həmçinin də AR-nın DİN-i general polkovnik cənab Vilayət Eyvazova təşəkkür məktubu ünvanlayacağımızı diqqətə çatdırırıq.


“KORRUPSİYAXƏBƏR”

Şərhlər