Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" ə verilən məlumata görə, polisin ikinci sevgilisi...
“Qaraheybət” faciəsindən 4 il ötür Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi...
Azərbaycanda noyabrın 30-na gözlənilən hava şəraiti haqqında proqnoz...
Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub....
Kəlbəcərin işğaldan azad edilməsindən 5 il ötür. "KORRUPSİYAXƏBƏR"...
Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena...
"KORRUPSİYAXƏBƏR" in rəhbəri Elyaz Yazan, Hacı Əjdər bəy məscidinin...
Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbirinin ev...
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təbii ehtiyatların kəşfiyyatı...
Baş prokuror Kamran Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə"...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Minlərlə azərbaycanlı 4 ölkəni “tərk edir” – Vəziyyət kəskin dəyişdi

Minlərlə azərbaycanlı 4 ölkəni “tərk edir” – Vəziyyət kəskin dəyişdi

04 avq 2025, 09:31, korrupsiya
0 şərh    2 Baxılıb

Minlərlə azərbaycanlı 4 ölkəni “tərk edir” – Vəziyyət kəskin dəyişdi

Azərbaycanlı turistlərin yay istirahəti üçün seçdiyi istiqamətlər dəyişir. Məsələn, iki il əvvələ qədər vətəndaşlar Türkiyənin İstanbul, Gürcüstanın Batumi şəhərinə üstünlük verirdilərsə, bu gün Monteneqro ön plana keçib. Son illər adı tez-tez hallanan bu kiçik Balkan ölkəsi indi bir çoxları üçün əsas istirahət məkanlarından sayılır. Maraqlıdır ki, bəzən Monteneqroda dincəlmək bölgələrimizlə müqayisədə daha sərfəli başa gəlir. Ölkədə qiymətlər elə sürətlə qalxır ki, bəzi ailələr üçün rayonlara səfər etmək artıq lüks sayılır.

 globalinfo.az-a danışan Azərbaycan Ekoturizm Assosiasiyasının sədri Samir Dübəndi bildirib ki, son illərdə vətəndaşlarımızın xaricə səfərləri artan dinamika ilə davam edir.

O vurğulayıb ki, 2024-cü ilin tam statistik göstəricilərə əsasən, ölkədən xaricə səfər edənlərin sayı 1.99 milyona çatıb:

“Bu göstərici 2023-cü illə müqayisədə 17 faiz artım deməkdir. 2025-ci ilin ilk beş ayında isə xaricə səfər edənlərin sayı 807 min nəfər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə cüzi, yəni 0.1 faiz azalma deməkdir. Bu dəyişikliklərə baxmayaraq, ümumi strukturda sabitlik qorunur. Səfərlərin böyük hissəsi – təxminən 68-69 faizi hava nəqliyyatı ilə həyata keçirilir. Avtomobil və dəmir yolu ilə edilən səfərlər ümumilikdə 28-30 faiz təşkil edir. Dəniz yolu ilə gedənlərin payı isə 2 faizdən azdır. Bu, Azərbaycan vətəndaşlarının xarici ölkələrə daha çox sürətli və rahat nəqliyyat vasitələrinə üstünlük verdiyini göstərir”.

Ekspert deyib ki, xarici səfərlər təkcə istirahət məqsədi daşımır, həm də insanlar üçün bir sıra mədəni, sosial və iqtisadi imkanlar yaradır:

“Turistlər xaricdə olarkən fərqli mədəniyyətlərlə tanış olur, rekreasiya və sağlamlıq turizmi çərçivəsində müalicə və bərpa proqramlarına qatılır, beynəlxalq təhsil proqramlarına qoşulurlar. Eyni zamanda, iqtisadi əlaqələrin genişlənməsi, ticarət əlaqələrinin qurulması və fərdi inkişaf üçün yeni imkanlar formalaşır. Əgər əvvəllər əsas istiqamətlər Türkiyə, Rusiya, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) idisə, bu gün Monteneqro kimi yeni turizm mərkəzləri də azərbaycanlıların maraq dairəsindədir. Vizasız giriş imkanı, birbaşa aviareyslər və Avropa səviyyəli istirahət şəraiti Monteneqronu qısa müddətdə populyar istiqamətə çevirib. Lakin turistlərin artımı bu ölkədə qiymətlərin yüksəlməsinə də səbəb olub. Ümumilikdə son statistikalar göstərir ki, vətəndaşlarımız yalnız istirahət üçün deyil, həm də mədəni, sağlamlıq və iqtisadi məqsədlərlə müxtəlif ölkələrə səfər edirlər. Bu isə təkcə fərdi yox, həm də milli səviyyədə inkişaf üçün əhəmiyyətli göstəricidir”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ladoqa gölündəki Valaama adasında Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşmüşdü.

Şərhlər