Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » XAÇMAZ RAYONUNDA "27 SENTYABR ANIM GÜNÜ" QEYD EDİLİB

XAÇMAZ RAYONUNDA "27 SENTYABR ANIM GÜNÜ" QEYD EDİLİB

27 sen 2025, 23:41, korrupsiya
0 şərh    10 Baxılıb

 

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri 27 Sentyabr - Anım Günündə Xaçmaz şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev xiyabanda alovlanan məşəlin önünə əklil qoyub.

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yavər Şahbazovun büstü ziyarət olunub, Xaçmazdan olan bütün şəhidlərin xatirə lövhələri önünə tər qərənfillər düzülüb.

Elnur Rzayev şəhid ailələri və qazilərlə səmimi söhbət edib, onların qayğıları ilə maraqlanıb. O, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, iradəsi, şəhidlərimizin qəhrəmanlığı və xalqımızın birliyi sayəsində Vətənimizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərqərar olduğunu qeyd edib.

Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Anım Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib.

 

 KORRUPSİYAXƏBƏR

Şərhlər