Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » İKİ HAKİM TƏQAÜDƏ ÇIXDI VƏ VƏKİL OLDULAR

İKİ HAKİM TƏQAÜDƏ ÇIXDI VƏ VƏKİL OLDULAR

22 okt 2025, 18:04, korrupsiya
0 şərh    8 Baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsinin iki hakimi Vəkillər Kollegiyasına üzv qəbul olub.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, söhbət Azad Məcidov və Mahmud Ağalarovdan gedir.

Onların hər ikisi Vəkillər Kollegiyasının Rəyasət heyətinin bugünkü iclasında vəkil andı içiblər və kollegiyaya üzv olublar.

Qeyd edək ki, Azad Məcidov hüquq-mühafizə orqanlarının birində 30 ilə yaxın müstəntiq işləyib. Polkovnik rütbəsi daşıyan Məcidov o vaxt silsilə qətllər və adam oğurluğunda təqsirli bilinmiş Hacı Məmmədov cinayətini araşdıran istintaq qrupunun üzvü olub.

Azad Məcidov 2007-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib. Bu illər ərzində o, ölkə gündəmində olan bir çox işlərin hökmünü çıxarıb. Buraya müğənni Fədayə Laçının, tarixçi-alim Səbuhi Hüseynovun, "Bravo" hipermarketə basqında təqsirləndirilən şəxslərin, erməni diversantların bir qrupunun işləri də daxildir. Onun icraatında olan son səs-küylü iş talassemiyalı uşaqların pulunun ələ keçirilməsi ilə bağlı olub.

Ümumilikdə 40 il hüquq-mühafizə və məhkəmə sistemində çalışan A.Məcidov bu ilin əvvəlində yaş həddi ilə bağlı hakim vəzifəsindən təqaüdə çıxıb.

Digər vəkil Mahmud Ağalarov da uzun müddət prokurorluq orqanlarında çalışıb. Onun sonuncu iş yeri Bakı Ağır Cinayətlər Məhkəməsi olub. Ötən il yaş həddi ilə bağlı təqaüdə çıxıb.

Mahmud Ağalarov hakimlik dövründə bir çox səs-küylü işlərə hökm oxuyub.

"KORRUPSİYAXƏBƏR"

Daha çox xəbər:
21 sen 2025, 19:43    17    0
Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli Bakıda Bülbülə kənd qəbiristanlığında dəfn edilib....
Şərhlər