Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » DİN sürücü və piyadalara müraciət edib - VİDEO

DİN sürücü və piyadalara müraciət edib - VİDEO

27 okt 2025, 10:25, korrupsiya
0 şərh    23 Baxılıb

"Sürücülər bilir ki, nəqliyyat vasitəsini yüksək sürətlə sürmək, təhlükəli maverlər etmək, ara məsafəsini düzgün saxlamamaq, piyada keçidlərini bildirən nişanlara diqqət yetirməmək qəzalara səbəb olur. Piyadalar da yaxşı bilir ki, nizamlayıcının siqnallarına diqqət yetirməmək, keçidlərdən istifadə etməmək, sürücülərin onlara yol verdiyinə tam əmin olmadan yolu keçmək təhlükəlidir".

"KORRUPSİYAXƏBƏR", APAya istinadən bər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sürücü və piyadalara müraciətində bildirilib.

"Təəssüflər olsun ki, çoxları qaydalardan xəbərdar olmalarına baxmayaraq, yenə də ölüm və xəsarətlə nəticələnən qəzalar baş verir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının əhatə dairəsində piyada vurulması ilə nəticələnən qəzaların təhlili göstərir ki, bu yol-nəqliyyat hadisələrinin baş verməsinin əsas səbəbləri sırasında diqqətsizlik və məsuliyyətsizlik dayanır. Qəzalar daha çox piyada keçidlərinin bir neçə metrliyində, lakin keçidlərdən kənarda qeydə alınır. Vəziyyətin ciddiliyini nəzərə alaraq bir daha yol hərəkəti iştirakçılarına müraciət edirik:

Əziz yol hərəkəti iştirakçıları!

Həyat və sağlamlığınız üçün vacib olan təsadüf və ya qismət yox, yollarda diqqət və məsuliyyətdir. Həm piyadalar, həm də sürücülər yollarda son dərəcə diqqətli və məsuliyyətli olmalıdırlar" - müraciətdə vurğulanıb.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər