Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » ŞƏKİNİN KÜÇƏLƏRİ ASFALTLANIR. LAKİN, SAKİNLƏR NARAZIDIRLAR!

ŞƏKİNİN KÜÇƏLƏRİ ASFALTLANIR. LAKİN, SAKİNLƏR NARAZIDIRLAR!

16 noy 2025, 22:21, korrupsiya
0 şərh    24 Baxılıb

 

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Şəkidə küçə və prospektlərin əsaslı təmir işləri davam edir. Bəzi sakinlər görülən işlərdən razı qalsalar da, irad bildirənlər də var. Bu barədə mediaya müraciət edən yerli sakinlər  bildiriblər ki, yollar piyada səkiləri və suötürücü arxlar yenilənir. Lakin, bəzi hallarda işlər natama şəkildə aparılır.  Küçələrin hansı üsulla asfaltlanmasını bir kənara qoyaq, amma vacib məqamları nəzərə almaq lazımdır. 

Məsələn: Aydın Məmmədov kjüçəsi asfaltlanıb. Bəli sağolsunlar, amma həmin küçənin kəsişməsində olan döngə nədənsə unudulub. Nəticədə həmin döngədən gələn daş, qum və palçıq yeni təmir oluna küçəni də qısa müddətə xarab edəcək. Burada ikinci döngə şəhidimizin yaşadığı küçədir. Həmin küçə də asfaltlanıb. Amma 20 metrəlik döngə nəzərə alınmayıb deyə sakinlər bildiriblər. Vətəndaşlar onu da vurğulayır ki, bəzən bir müddət əvvəl təmir edilən küçələr yenidən asfaltlanır. təmirsiz yolları düzəltmək daha məqsədə uyğun olardı. Ayrı məqam il boyu gözləyib bütün bu prosesin yağıntılı və soyuq havalar başlayanda görülməsidir. Bütün bunları nəzərə alaraq vətəndaşlar aidiyyatı qurumlardan aşağıdakı məsələlərə diqqət yetirilməsini xahiş edirlər. Təmir planlarının şəffaf şəkildə açıqlanması, hansı küçələrin növbədə olması barədə ictimaiyyətə məlumat verilsin Küçə seçimi zamanı prioritetin təmirsiz və problemli yollara verilməsi təmin edilsin. Tamlıq prinsipi qorunsun. Bir küşə asfaltlanırsa, onun döngələrinə də  diqqət yetirilsin. Hava şəraiti yağıntılı olan zaman təmir işləri dayandırılsın ki, israfçılıq olmasın. 

Hesab edirik ki, vətəndaşların subyektiv fikirləri nəzərə alınacaq. 

"KORRUPSİYAXƏBƏR"

Şərhlər