Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Zakir Fərəcov növbəti səyyar qəbul keçirdi - FOTOLAR

30 noy 2025, 01:20, korrupsiya
0 şərh    8 Baxılıb

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar qəbul-görüşü şəhərin 2-ci məhəlləsində keçirilib.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, tədbirdə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, müxtəlif dövlət qurumlarının, təşkilat və müəssisələrin rəhbərləri, eləcə də şəhid ailələri, qazilər və sakinlər iştirak ediblər.

Səyyar qəbul zamanı şəhər rəhbəri sakinləri ayrı-ayrılıqda dinləyərək onların müraciətlərini nəzərdən keçirib. Qaldırılan məsələlər əsasən sosial təminat, məişət şəraiti, mənzillə bağlı çətinliklər və məşğulluq problemləri ilə əlaqəli olub. Bir sıra müraciətlər dərhal yerində həllini tapıb.

Əlavə araşdırma tələb edən mövzularla bağlı Zakir Fərəcov aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verib. O, vətəndaş müraciətlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə və qısa zaman ərzində icra edilməsinin vacibliyini xüsusi qeyd edib.

Bildirək ki, Sumqayıt şəhər İcra Hakimiyyəti sakinlərlə açıq dialoqu davamlı, səmərəli şəkildə təmin etmək məqsədilə səyyar qəbul və görüşləri mütəmadi şəkildə təşkil edir.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər