
"KORRUPSİYAXƏBƏR" in məlumatına görə, Sabirabad rayon, İcra Hakimiyyəti Aparatının rəhbəri cənab Siraqəddin Cabbarov, şəhid qardaşını təhdid edib.
Bu barədə redaksiyamıza Sabirabad rayon Narlıq kənd sakini, Şəhid Əliyev Qoşqar Güləhməd oğlunun qardaşı, Haqverdi Güləhməd oğlu Əliyev bildirib.
Müraciət müəllifi, redaksiyamıza müraciət edərək bildirmişdir ki, O, bir-neçə gün bundan öncə 2023-cü ildə Heydər Əliyev fondunun təşəbbüsü ilə əsaslı təmir edilərək istifadəyə verilmiş Sabirabad Rayon, Narlıq kənd tam orta məktəbində işıq-qaz-su və istiliyin olmaması ilə bağlı kənd ictimaiyyəti ilə birlikdə çıxış edərək, aidiyyatı qurumlara səslənməsinə və həmin çıxışın videoqeyd şəklində qeydə alınaraq,media vasitəsi ilə ictimailəşməsini xahiş etmiş, elə bu səbəbdən də Rayon İcra Hakimiyyəti Aparatının rəhbəri Siraqəddin Cabbarov tərəfindən təhqir və təhdidə məruz qalmışdır.
Elə buna görə də vətəndaş, özünün icra başçısı tərəfindən təhqir və təhdidə məruz qalması ilə bağlı verdiyi məlumatın ictimailəşməsini xahiş etmişdir.
Qeyd edək ki, vətəndaşın ilkin müraciət əsasında aidiyyatı tərəflə əlaqə saxladıq, məktəbdə hazırda mövcud olan narahatçılıqların bir həftə müddətinə yəni 15 dekabr 2025-ci il tarixinə qədər aradan qaldırılacağına vəd verilmişdir. Əlavə olaraq, qeyd edək ki, müraciət müəllifi Haqverdi Əliyevi mobil telefon zəng vasitəsi ilə icra hakimiyyətinə dəvət edən İcra Hakimiyyətinin Ərazi İdarəetmə şöbəsinin müdiri cənab Cavadovla əlaqə saxladıq, Düzdür, O, ərazi idarəetmə şöbəsinin müdiri olsa da, bir anlıq özünü idarə edə bilmədi. İcra Hakimiyyəti orqanının əməkdaşına yaraşmayan tərzdə davrandı. Lakin, İcra başçısının barəsində Haqverdi Əliyev tərəfindən edilən ittihamın əsassız olduğunu, yəni icra başçısının nəinki, şəhid qardaşını, hətta istənilən vətəndaşla nəzakətli və alicənab davranan insan olduğunu bildirdi.
Dəyərli dostlar!
Vətəndaşın əlində əsaslı fakt olmadığından onun ittihamının əsaslı olub-olmadığını deyə bilmərik. Nəzərinizə çatdırırıq ki, müraciət müəllifinin müraciətində bildirdikləri tərəfimizdən qeydə alınmasını əsas götürərək, müraciətin aidiyyatı üzrə araşdırılaraq, işə hüquqi qiymət verilməklə, ədalətli qərar qəbul edilməsi məqsədi ilə tərəfimizdən aidiyyatı orqanlara məlumat məktubu ünvanlanacaqdır.
Ünvanladığımız məlumat məktublarına əsasən təkrar redaksiyamıza daxil olmuş cavab məktublarını da diqqətinizə çatdıracağıq.
Əvvəlcədən təşəkkür edirik!
KORRUPSİYAXƏBƏR