Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Rəşad Dağlı amnistiyaya düşəcək?

Rəşad Dağlı amnistiyaya düşəcək?

16 dek 2025, 23:25, korrupsiya
0 şərh    10 Baxılıb

Xəbər verdiyimiz kimi, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunlar istisna ilə, amnistiya tətbiqi nəticəsində təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad ediləcək şəxslərin dairəsi məlum olub.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Azərbaycanda amnistiya aktı çərçivəsində ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məhkum edilmiş şəxslərə müəyyən güzəştlərin tətbiqi nəzərdə tutulur. Amma aktın layihəsində ağır və xüsusilə ağır cinayətlər törədənlər istisna olunur.

Hazırda həbsdə olan məşhurlar arasında meyxanaçı Rəşad Dağlı xüsusilə diqqət çəkir. Onun isə qəsdən ağır cinayət törətdiyi üçün amnistiyadan yararlanması mümkün deyil.

Rəşad Dağlı 2022-ci ilin noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində qonşusu İsgəndər Mehdiyevi qəsdən öldürüb. Ona Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4 (qanunsuz soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.

Beləliklə, amnistiya yalnız az ağır və ictimai təhlükə yaratmayan cinayətlər üzrə məhkum olmuş şəxslərə tətbiq ediləcək, ağır cinayət törətmiş məhkumlar, o cümlədən Rəşad Dağlı, güzəştdən yararlana bilməyəcək. 

KORRUPSİYAXƏBƏR

Şərhlər