Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » ŞƏKİDƏ VƏTƏNDAŞ POLİSİN MƏRHƏMƏTİNDƏN BƏHS EDƏRƏK KÖVRƏLDİ.

ŞƏKİDƏ VƏTƏNDAŞ POLİSİN MƏRHƏMƏTİNDƏN BƏHS EDƏRƏK KÖVRƏLDİ.

27 yan 2026, 00:44, korrupsiya
0 şərh    25 Baxılıb

 

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, redaksiyamıza vətəndaş tərəfindən zəng edilərək polis nəfəri barəsində razılıq bildirilib.

Bu barədə redaksiyamıza Şəki rayon Baş Şabalıd kənd sakini Hüseynov İxtiyar Etibar oğlu məlumat verib.

Müraciət müəllifi Hüseynov İxtiyar Etibar oğlu, müraciət edərək, özünün barəsində Şəki ŞRPŞ-nə edilən şikayət edildiyini, həmin şikayət əsasında Şəki ŞRPŞ-nə dəvət olunduğunu həmin vaxtı da Şəki ŞRPŞ-nin Arif adlı polis nəfərinin ona yemək alıb verdiyini, həmin polis nəfərinin bu kimi humanis və mərhəmətli davranışı onu kövrəltdiyini bildirmişdir.

Hüseynov İxtiyar Etibar oğlu, yaşadığı mənzərəni redaksiyanın rəhbərinə danışmış, hətta danışdığı zaman belə kövrəlmişdir.  Ən sonda isə İxtiyar Hüseynov AR-nın DİN-nin rəhbərliyinə (cənab nazirə) Arif adlı polis nəfərinin barəsində təşəkkür məktubu ünvanlamasında köməklik göstərilməsini xahiş etmişdir.

Redaksiya heyətinin rəhbəri Elyaz Yazan, İxtiyar Hüseynova Arif adlı polis nəfərinin barəsində təşəkkür məktubunun yazılmasında köməklik göstərmişdir. 

Odur ki, biz də ilk öncə polis nəfərinin bu cür nümunəvi davranışına görə, ilk öncə redaksiya heyətinin rəhbəri Elyaz Yazan başda olmaqla, bütün redaksiya heyətinin əməkdaşları adından əvvəlcə AR-nın DİN-i general polkovnik cənab Vilayət Eyvazova və DİO-da ləyaqətlə xidmət edən bütün əməkdaşlara, xüsusilə də Şəki ŞRPŞ-nin rəisi polis polkovniki cənab Elnur Həsənov başda olmaqla, Şəki ŞRPŞ-nin bütün əməkdaşlarına təşəkkürümüzü bildiririk.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər