Yeni Xəbərlər
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin sabiq təbliğat və...
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, bu gün Zaqatala rayonunda bir...
Dəyərli dostlar! İlk öncə hər birinizi salamlayır, Azərbaycan Respublikasının...
“KORRUPSİYAXƏBƏR” ə AR-nın DİN-nin Baş DYPİ-nin Alayı, 5-ci Tağımın Murad adlı...
Abşeron rayonu, Novxanı qəsəbəsi, Heydər Əliyev küçəsində yaranan çuxur...
Prezident İlham Əliyev Azərbaycan Biznesinin İnkişafı Fondunun yenidən təşkil...
Rüşvət müqabilində rəy verməkdə təqsirləndirilən Ədliyyə Nazirliyinin Məhkəmə...
“Qaraheybət” faciəsindən 4 il ötür Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi...
Azərbaycanda noyabrın 30-na gözlənilən hava şəraiti haqqında proqnoz...
Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub....
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » ELYAZ YAZAN, SƏKİ RAYON MƏHKƏMƏSİNİN HAKİMİ SƏFƏQ CƏFƏROVANIN BARƏSİNDƏ ƏDLİYYƏ NAZİRİNƏ TƏŞƏKKÜR MƏKTUBU YAZDI

ELYAZ YAZAN, SƏKİ RAYON MƏHKƏMƏSİNİN HAKİMİ SƏFƏQ CƏFƏROVANIN BARƏSİNDƏ ƏDLİYYƏ NAZİRİNƏ TƏŞƏKKÜR MƏKTUBU YAZDI

11 apr 2026, 00:57, korrupsiya
0 şərh    7 Baxılıb

 

"KORRUPSİYAXƏBƏR" in rəhbəri Elyaz Yazan, Şəki rayon məhkəməsinin hakimi Şəfəq Cəfərovadan yüksək səviyyədə razı qalıb.

O, razılığını möhtərəm hakimlə telefon danışığı zamanı özünə qısa şəkildə bildirsə də, rahat ola bilməyib, sevincindən dərhal Azərbaycan Respublikasının Ədliyyə naziri cənab Fərid Əhmədova hakimin davranışı ilə bağlı təşəkkür məktubu yazıb.

Təşəkkür məktubunun mətnini olduğu kimi Siz dəyərli izləyicilərə təqdim edirik!

Təqdim etməzdən öncə biz də redaksiya heyətinin bütün üzvləri adından möhtərəm hakim Şəfəq Cəfərovaya öz təşəkkürümüzü bildiririk.

Təşəkkür məktubunun mətni:

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə:

Surəti: Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurasının sədri cənab İnam Kərimova:

Surəti: Şəki rayon məhkəməsinin sədri cənab Ceyhun Əhmədova:

Şəki rayon Baş Şabalıd kənd sakini, "KORRUPSİYAXƏBƏR.COM.AZ" İnformasiya -Xəbər Portalının təsisçi rəhbəri Gülüyev Elyaz Ağasəf oğlu tərəfindən:

                 Təşəkkür məktubu 

(Şəki rayon məhkəməsinin hakimi, Cəfərova Şəfəq Natiq qızının barəsində)

Hörmətli, möhtərəm cənab prezident!

Hörmətli sədr!

İlk öncə Sizi və Sizin yaxınlarınızı, fürsətdən istifadə edərək, əvvəlcə özümün, ailəmin və ailə üzvlərimin, eləcə də redaksiya heyətimin üzvləri adından salamlayıram.

Sizin İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi yolunda çəkdiyiniz əziyyətləri bu qısa təşəkkür məktubunda qeyd etməyimizin mümkünsüzlüyü məlum məsələdir.

Lakin, qısa da olsa rastlaşdığım mənzərəni dilə gətirməyimi özümə şərəf bilir və qürur duyuram.

Qeyd edim ki, bu təşəkkür məktubunu yazarkən belə Şəki rayon məhkəməsinin hakimi Şəfəq Cəfərovanın bir vətəndaşla davranış kodekslərinə yüksək səviyyədə riayət etməsi məni hədsiz dərəcədə kövrəltdi.

Hörmətli, möhtərəm cənab prezident!

Hörmətli sədr!

Çox geniş yazaraq, Sizi narahat etməmək məqsədi ilə təşəkkür məktubumun mahiyyəti üzrə bildirirəm ki, DYP tərəfindən mənim barəmdə yazılmış inzibati protokol əsasında cərimə məbləğini üzrlü səbəblərdən ödəmədiyim üçün, toplanmış materiallar baxılması üçün aidiyyatı üzrə Şəki rayon məhkəməsinə göndərilmiş, Şəki rayon məhkəməsinin bir-neçə hakimlərinin icraatına verilmiş və həmin hakimlər tərəfindən də sürücülük hüququmun məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilmişdir.

Daha sonra cərimə məbləğlərini ödədikdən sonra e-məhkəmə vasitəsi ilə cərimə məbləğlərini ödədiyimə dair qəbzləri əlavə edərək, vəsatət ünvanlamışdım. Bəzi hakimlər vəsatətim əsasında sürücülük hüququmun məhdudlaşdırılması ilə bağlı qərara biraz gec xitam versə də, sağolsunlar ki, vəsatətimi nəzərə aldılar. Lakin, Şəki rayon məhkəməsinin hakimi Şəfəq Cəfərova qısa müddətdə xitam vermişdir. Daha sonra müəyyən səbəblərdən xitam verilməmiş bir qərar da qalmışdı, onunla bağlı da Şəki rayon məhkəməsinə əlavə vəsatət verdim, həmin vəsatətim əsasında da icraat xoşbəxtlikdən razı qaldığım Şəfəq Cəfərovaya verildi. Şəfəq Cəfərova sonuncu vəsatətimə da 3 gün ərzində xitam verdi. Lakin, 10 aprel 2026-cı il tarixdə Şəki rayon məhkəməsindən mənim mobil telefonuma  zəng daxil oldu, cavab verdiyim zaman, zəng edən şəxs, özünün Şəki rayon məhkəməsinin hakimi Şəfəq Cəfərovanın iclas katibi olduğunu və vəsatətim əsasında məhdudiyyətlə bağlı qərara xitam verildiyini bildirdi və vəsatətimdə qeyd etdiyim digər bir məsələ var idi ki, onun da həlli yolunu izah edərkən, qəfildən səs dəyişdi və mən də elə dûşündüm ki, hakimin digər köməkçilərindəndir. Bəli bacı deyərək cavab verdim, O isə mənə özünü təqdim etdi və bildirdi ki, hakim Şəfəq xanımdır. Hakim belə deyəndə mən bir an susdum və bilmədim ki, sevincimdən nə edim. Ona görə ki, bir hakimin vətəndaşla belə sərbəst, sadə və rahat şəkildə davranması həddindən artıq sevindirici bir haldır. Daha sonra hörmətli hakim, Şəfəq xanım, mənə vəsatətimdə qeyd etdiyim digər bir məsələ var idi ki, onun həlli yolunu elə izah etdi ki, mən kövrəldim və sevincimin həddi yüksək səviyyədə oldu. 

Bu telefon danışığından sonra hörmətli hakim, Şəfəq Cəfərovanın barəsində ailəmə, yaxınlarıma və bütün dostlarıma, eləcə də rastlaşdığım toplumda, bir sözlə hər kəsə danışdım və hər kəs də belə bir həkimlərimizin olmasına sevindilər, onlar da öz daxillərində təşəkkür bildirdilər.

Həmçinin onu da qeyd edim ki, Şəfəq Cəfərovanın digər bir vətəndaş tərəfindən razı qaldığının şahidi olmuşam. İcraatında olan Sərxan Rəcəbovun nikah müqaviləsinə xitam verilməsi barədə iddia ərizəsi əsasında apardığı məhkəmə gedişatı zamanı cavabdeh qismində tanınmış, Dilbər Rəcəbov da yüksək səviyyədə razılıq bildirdi ki, Şəfəq Cəfərova əsl ədalətli və humanist hakimdir. O, məni məndən çox müdafiə edərək, iddiaçı tərəfindən səslənilən bəzi iddiaların və fikirlərin əsassız və ədalətsiz olduğunu bildirdi. 

Baxın, Şəfəq Cəfərova belə hakimdir! Eşq olsun!!!

Hörmətli, möhtərəm, cənab prezident!

Hörmətli sədr!

Təşəkkür məktubunu yazmaqda məqsədim, yalnız mənim səmimi təşəkkürümü AR-nın Ədliyyə nazirinə və bütün ictimaiyyətə bildirməkdir.

Allah belə bir ədalətli hakimləri bizim ölkəmizdən xüsusilə də rayonumuz Şəkidən əskik etməsin.

Bir daha minnətdaram.

Hörmətlə;           Elyaz (Yazan) Gülüyev

KORRUPSİYAXƏBƏR"


Şərhlər