Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Qaradağ DYP Postunda Qanunun Tətbiqi: Faktlar Öz Sözünü Deyir

Qaradağ DYP Postunda Qanunun Tətbiqi: Faktlar Öz Sözünü Deyir

05 may 2026, 13:31, korrupsiya
0 şərh    22 Baxılıb

Qaradağ DYP Postunda Qanunun Tətbiqi: Faktlar Öz Sözünü Deyir

 

"KORRUPSİYAXƏBƏR " in rəhbəri Elyaz Yazan iki gün öncə Yardımlı rayonu istiqamətində səfərdə olarkən Baş DYPİ-nin Qaradağ DYP postundan keçərkən maraqlı bir mənzərə ilə qarşılaşıb. Postun yaxınlığında yolun kənarında yığılmış kubik daşlar diqqət çəkib.

 

Araşdırma zamanı məlum olub ki, həmin kubik daşlar yükdaşıma qaydalarını pozan “KamAZ” markalı yük avtomobillərindən Dövlət Yol Polisi əməkdaşları tərəfindən boşaldılıb.

Elyaz Yazan gördüklərini mobil telefon vasitəsilə qeydə alaraq redaksiyamıza təqdim edib. Qeyd edək ki, son dövrlərdə bəzi şəxslər tərəfindən polis əməkdaşlarının guya yükdaşıyan sürücülərdən rüşvət alması ilə bağlı iddialar səsləndirilirdi.

Lakin təqdim olunan faktlar bu iddiaların əsassız olduğunu göstərir. Əgər rüşvət halları mövcud olsaydı, qanunsuz yüklər müsadirə olunmaz və həmin kubik daşlar bu şəkildə yol kənarında qalmazdı.

 

Bu hadisə bir daha sübut edir ki, Qaradağ DYP postunda qanunların icrası təmin olunur və qayda pozuntularına qarşı müvafiq tədbirlər görülür.

Redaksiya olaraq bildiririk ki, cəmiyyətə obyektiv və doğru məlumatların çatdırılması əsas prinsiplərimizdəndir.

Həqiqət göz önündədir.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər