Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Nümunəvi polis davranışı – Elyaz Yazandan DİN rəhbərliyinə təşəkkür təşəbbüsü

Nümunəvi polis davranışı – Elyaz Yazandan DİN rəhbərliyinə təşəkkür təşəbbüsü

06 may 2026, 15:40, korrupsiya
0 şərh    28 Baxılıb

 

Nümunəvi polis davranışının davranışı Elyaz Yazanın diqqətini çəkib.

Bu gün "KORRUPSİYAXƏBƏR.COM.AZ" İnformasiya-Xəbər Portalının təsisçi rəhbəri Elyaz Yazan paytaxtda yerləşən polis bölmələrindən birinə şəxsi işi ilə bağlı müraciət edərkən diqqətəlayiq və təqdirəlayiq bir mənzərənin şahidi olmuşdur.

Belə ki, Elyaz Yazan bölmənin qarşısında olarkən, əvvəlcə adını bilmədiyi, sonradan isə Ayxan adlı yeniyetmələr üzrə DET inspektoru olduğu müəyyən edilən polis əməkdaşının bir vətəndaşla səmimi, humanist və təvazökar davranışı onun diqqətini cəlb etmişdir.

Müşahidə zamanı məlum olmuşdur ki, həmin polis əməkdaşı Elyaz Yazanın jurnalist olduğunu bilmədən, tam səmimi şəkildə bölmənin qarşısında dayanan yaşlı bir vətəndaşa qayğı göstərmiş, ona yemək təklif etmiş və ümumilikdə yüksək insani keyfiyyətlər nümayiş etdirmişdir.

Qeyd olunan davranış nümunəsi hüquq-mühafizə orqanları əməkdaşlarının vətəndaşlarla münasibətdə etik, humanist və qayğıkeş yanaşmasının bariz nümunəsi kimi qiymətləndirilmişdir.

Bu kimi hallar cəmiyyətdə polis-vətəndaş münasibətlərinin möhkəmlənməsinə, dövlət qurumlarına olan etimadın artmasına xidmət edir və xüsusi təqdirə layiqdir.

Bununla əlaqədar olaraq, "KORRUPSİYAXƏBƏR.COM.AZ" İnformasiya-Xəbər Portalının təsisçi rəhbəri Elyaz Yazan tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə həmin polis əməkdaşının nümunəvi davranışının qiymətləndirilməsi və onun barəsində rəsmi təşəkkür məktubunun ünvanlanması məqsədilə redaksiyaya müvafiq göstəriş verilmişdir.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər