Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Sabirabadın Narlıq kəndində Ulu Öndər Heydər Əliyevin xatirəsi şəhid qardaşı tərəfindən ehtiramla yad edildi

Sabirabadın Narlıq kəndində Ulu Öndər Heydər Əliyevin xatirəsi şəhid qardaşı tərəfindən ehtiramla yad edildi

10 may 2026, 17:45, korrupsiya
0 şərh    27 Baxılıb

  

Sabirabadın Narlıq kəndində Ulu Öndər Heydər Əliyevin xatirəsi şəhid qardaşı tərəfindən ehtiramla yad edildi

 

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, bu gün, Sabirabad rayonunun Narlıq kənd sakini, şəhid qardaşı və kəndin fəal ağsaqqallarından olan Ulu Öndər in doğum günü münasibətilə kənd ərazisində yerləşən şəhidlər abidəsinin önündə çıxış edib.

 

Çıxışı zamanı Haqverdi Əliyev Azərbaycan xalqının xilaskarı olan Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki əvəzsiz xidmətlərindən danışaraq bildirib ki, məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqil və güclü dövlət kimi inkişaf yoluna qədəm qoyub. O, Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını vurğulayaraq, onun siyasi kursunun bu gün Prezident, Ali Baş Komandan tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Şəhidlər abidəsinin önündə səsləndirilən çıxışda torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, onların ruhuna rəhmət dilənib. Eyni zamanda qazilərimizə şəfa, veteranlarımıza və bütün hərbi qulluqçularımıza möhkəm can sağlığı arzulanıb.

Haqverdi Əliyev çıxışında Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Qələbənin xalqımızın şanlı tarixində xüsusi yer tutduğunu vurğulayaraq bildirib ki, Azərbaycan xalqı hər zaman dövlətinə, ordusuna və milli-mənəvi dəyərlərinə sadiqdir.

Şəhid qardaşı, Haqverdi Əliyev "Ulu Öndər" Heydər Əliyevin əziz xatirəsini ehtiramla anaraq, onun ideyalarının Azərbaycan dövlətçiliyinin inkişafında bundan sonra da mühüm rol oynayacağını bildirib.

"KORRUPSİYAXƏBƏR"

Daha çox xəbər:
14 okt 2025, 01:17    20    0
Son zamanlarda ətin qiymətində yüksəlmə müşahidə olunur. Lakin sosial şəbəkələrdə bəzi bazarlarda...
Şərhlər