Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Elyaz Yazan: “Zaqatala rayon prokuroru Qabil Səfərov vətəndaş müraciətlərinə həssas yanaşan peşəkar hüquqşünasdır”

Elyaz Yazan: “Zaqatala rayon prokuroru Qabil Səfərov vətəndaş müraciətlərinə həssas yanaşan peşəkar hüquqşünasdır”

21 may 2026, 11:00, korrupsiya
0 şərh    32 Baxılıb

Elyaz Yazan: “Zaqatala rayon prokuroru Qabil Səfərov vətəndaş müraciətlərinə həssas yanaşan peşəkar hüquqşünasdır”
Azərbaycanda dövlət-vətəndaş münasibətlərində şəffaflıq, qanunçuluq və müraciətlərə operativ baxılması hüquqi dövlət prinsiplərinin əsas tələblərindən biridir. Bu baxımdan, hazırda Zaqatala rayon prokuroru vəzifəsində çalışan Qabil Səfərov tərəfindən vətəndaş müraciətlərinə göstərilən diqqət və həssas münasibət xüsusi təqdirə layiqdir.
Belə ki, bir müddət öncə tərəfimizdən Zaqatala rayon prokurorluğuna müəyyən məsələlərlə bağlı rəsmi məlumat məktubu ünvanlanmışdır. Müraciətdə qeyd edilən halların obyektiv və qanunamüvafiq şəkildə araşdırılması məqsədilə cənab prokuror Qabil Səfərov tərəfindən məsələ dərhal aidiyyəti üzrə Zaqatala Rayon Polis Şöbəsinə yönləndirilmişdir.
Bu yanaşma bir daha göstərir ki, Qabil Səfərov öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasının, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun və qanunçuluq prinsiplərinin tələblərinə yüksək həssaslıqla yanaşır. Müraciətlərin vaxtında cavablandırılması və aidiyyəti üzrə araşdırılması dövlət orqanlarının vəzifəsi olmaqla yanaşı, vətəndaşa və qanuna hörmətin bariz nümunəsidir.
Mingəçevir şəhər prokuroru vəzifəsində çalışdığı dövrdə də prinsipial fəaliyyəti ilə seçilən Qabil Səfərovun bu gün Zaqatalada da hüququn aliliyinə xidmət edən fəaliyyəti ictimaiyyət tərəfindən müsbət qiymətləndirilir.
"KORRUPSİYAXƏBƏR" in rəhbəri və jurnalist Elyaz (Yazan) olaraq hesab edirəm ki, dövlət qurumlarında vətəndaş müraciətlərinə belə operativ və obyektiv yanaşma cəmiyyətdə dövlət-vətəndaş etimadının daha da möhkəmlənməsinə xidmət edir.
Fürsətdən istifadə edərək, Qabil Səfərov cənablarına gələcək fəaliyyətində uğurlar arzulayır, qanunun aliliyinin qorunması istiqamətində gördüyü işlərə görə təşəkkürümü bildirirəm.
Hörmətlə:
Elyaz Yazan Gülüyev

KORRUPSİYAXƏBƏR

Şərhlər