Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » DTX-nin tutduğu sabiq sədrlə bağlı ŞOK DETALLAR

DTX-nin tutduğu sabiq sədrlə bağlı ŞOK DETALLAR

22 may 2026, 16:28, korrupsiya
0 şərh    15 Baxılıb

 

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


KORRUPSİYAXƏBƏR"xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan edib.

İttihama görə, Saleh Səmədov cinayət baş verən dövrdə tutduğu vəzifədən istifadə edərək ümumilikdə 200 min manat vəsaiti mənimsəyib.

İttihama münasibət bildirən Səmədov özünü qismən təqsirli bilib, bildirib ki, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə özünü günahkar saymır.

O, növbəti prosesdə sərbəst ifadə verəcək.

Növbəti proses iyunun 10-na təyin eedilib.

Hazırda dəymiş ziyandan 44 min manat ödənilib.

Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

Qeyd edək ki, Səmədov ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

Saleh Səmədov ötən il 9 May - Faşizm üzərində Qələbə Günü keçirilən tədbirdə özünü ifşa edib. Həmin vaxt rayon ağsaqqalının SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etməsi ictimai qınağa səbəb olub.

 

"KORRUPSİYAXƏBƏR"

Şərhlər