Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » “NZS-də küçə zəbt edildi: sakinlər qanunsuz ticarətdən bezib”

“NZS-də küçə zəbt edildi: sakinlər qanunsuz ticarətdən bezib”

29 may 2026, 20:45, korrupsiya
0 şərh    16 Baxılıb

 

"KORRUPSİYAXƏBƏR" ə daxil olan məlumata görə, Bakı şəhəri, Bakı Xətai rayonu, NZS qəsəbəsi, İvanovski küçəsi 27/1 ünvanında yaşayan anonimliyinin qorunmasını xahiş edən sakinlər illərdir qanunsuz küçə zəbtindən əziyyət çəkdiklərini bildirirlər.

Söhbət bir nəfər şəxsin yaşayış massivinin ortasında yaratdığı qanunsuz küçə ticarətindən gedir. Görüntülərdən də açıq şəkildə görünür ki, müxtəlif qapı, pəncərə və digər tikinti materialları küçənin hər iki tərəfinə düzülərək ərazini faktiki olaraq anbara çevirib. Nəticədə sakinlərin sərbəst hərəkəti məhdudlaşdırılır, piyadalar təhlükə ilə üz-üzə qalır, küçədə nəqliyyatın hərəkəti çətinləşir.

 

Sakinlərin iddiasına görə, dəfələrlə narazılıq bildirilsə də, qanunsuz fəaliyyət davam etdirilir və aidiyyəti qurumlar tərəfindən ciddi tədbir görülmür. Küçənin şəxsi obyekt kimi istifadə olunması həm qanun pozuntusudur, həm də vətəndaşların hüquqlarının kobud şəkildə tapdanmasıdır.

 

Ərazi sakinləri Xətai Rayon İcra Hakimiyyəti, eləcə də aidiyyəti dövlət qurumlarından təcili tədbir görülməsini, küçənin zəbt olunmuş hissələrinin boşaldılmasını və qanunsuz küçə ticarətinə son qoyulmasını tələb edirlər.

Sonda diqqətə çatdırırıq ki, adlarının çəkilməsini (qeyd olunmasını) istəməyən anonimliyinin qorunmasını xahiş edən sakinlərin redaksiyamıza etdiyi müraciətə əsasən tərəfimizdən aidiyyatı qurumlara rəsmi məlumat məktubu ünvanlanacaqdır.

KORRUPSİYAXƏBƏR


Şərhlər