Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Elyaz Yazandan Məhəmməd Ağcəbədiliyə böyük dəyər: “Siz artıq bütün xalqın sevimlisisiniz”

Elyaz Yazandan Məhəmməd Ağcəbədiliyə böyük dəyər: “Siz artıq bütün xalqın sevimlisisiniz”

29 may 2026, 23:38, korrupsiya
0 şərh    14 Baxılıb

 

Elyaz Yazandan Məhəmməd Ağcəbədiliyə böyük dəyər: “Siz artıq bütün xalqın sevimlisisiniz”

 

"KORRUPSİYAXƏBƏR" in təsisçi, baş direktoru Elyaz Yazan,sosial şəbəkədə məşhur gitara ifaçısı, “Nur” ansamblının rəhbəri haqqında xoş sözlər səsləndirib.

Elyaz Yazan bildirib ki, Məhəmməd Ağcəbədilinin ifaları ona xüsusi zövq verir və sənətçinin musiqiyə olan peşəkar yanaşması dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanır. O, gitara ifaçısına təşəkkürünü ifadə edərək, gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıb.

 

Redaksiya rəhbəri paylaşımında diqqətçəkən fikirlər də səsləndirib:

“Siz təkcə mənim deyil, ifalarınızla artıq bütün xalqın sevimlisinə çevrilmisiniz.”

Elyaz Yazan qeyd edib ki, Məhəmməd Ağcəbədilinin musiqiyə gətirdiyi xüsusi ruh, milli çalarlarla zəngin ifa tərzi və tamaşaçı ilə yaratdığı səmimi bağ onu fərqləndirən əsas xüsusiyyətlərdəndir.

 

Sosial şəbəkə istifadəçiləri də paylaşımın altında Məhəmməd Ağcəbədilinin yaradıcılığı haqqında çoxsaylı müsbət rəylər yazaraq, onun Azərbaycan musiqi sənətində özünəməxsus yer tutduğunu bildiriblər.

“Nur” ansamblının rəhbəri olan sənətçi uzun illərdir ki, gitara ifaları ilə geniş auditoriyanın rəğbətini qazanıb və müxtəlif tədbirlərdə çıxışları ilə dinləyicilərin yaddaşında xüsusi iz qoyub.

 

Sonda Elyaz Yazan, Məhəmməd Ağcəbədiliyə onun ansanbılıl ilə bərabər toy şənliklərinin birində görüşərək, canlı təşəkkür edəcəyini və dəyərləndirəcəyini vəd verib. 

Onu da qeyd edək ki, Elyaz Yazan, Nur ansanbılının fəaliyyətindən razılıq əlaməti olaraq, AR-nın mədəniyyət nazirliyinə təşəkkür məktubunun yazılması ilə bağlı göstəriş verib.

 


"KORRUPSİYAXƏBƏR"

Şərhlər