Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » ƏDLİYYƏ NAZİRLİYİNDƏ İŞLƏMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!

ƏDLİYYƏ NAZİRLİYİNDƏ İŞLƏMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!

03 iyn 2026, 08:21, korrupsiya
0 şərh    19 Baxılıb

 

Ədliyyə Nazirliyində işləmək istəyənlərin nəzərinə

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə həkim-mütəxəssislərin və tibb işçilərinin qulluğa qəbulu üzrə müsabiqə elan edib.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.  
Nazirliyin məlumatına görə, müsabiqə aşağıdakı vakansiyaları əhatə edir:
* Həkim (baza ali təhsilli)
* Həkim-terapevt
* Həkim-nevroloq
* Həkim-psixiatr
* Həkim-kardioloq
* Həkim-infeksionist
* Həkim-otorinolarinqoloq
* Həkim-dermatoveneroloq
* Həkim-cərrah
* Həkim-anestezioloq
* Həkim-reanimatoloq
* Həkim-pulmonoloq
* Həkim-oftalmoloq
* Həkim-ginekoloq
* Həkim-rentgenoloq və texnik
* USM (ultrason müayinəsi) mütəxəssisi
* Feldşer
* Tibb bacısı/qardaşı
Tibb baş idarəsinə qulluğa qəbul “Ədliyyə orqanlarına  qulluğa  qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi  Qaydaları”na uyğun olaraq müsahibə əsasında həyata keçirilir. Müsabiqədə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən ali və orta tibb təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak etmək üçün ərizə ilə müraciət edə bilərlər.
Namizədlər iyulun 15-dək ərizə formasını dolduraraq hr.medical@justice.gov.az e-poçt ünvanına və ya kağız daşıyıcıda iş günləri və iş vaxtı ərzində nazirliyin Tibb baş idarəsinə (ünvan:Bakı şəhəri, Akim Abbasov küçəsi 86) təqdim etməlidirlər.

Qanunvericiliklə ədliyyə orqanlarında işləməklərinə mane olan hallar aşkar edilməyən namizədlərlə müsahibə keçiriləcək. Müsahibədən uğurla keçmiş namizədlərin Tibb baş idarəsinin təqdimatı ilə müvafiq vakant vəzifələrə təyin olunması məsələsinə baxılacaq.

Qeyd edək ki, vakansiyalar Tibb baş idarəsində və tabe qurumlarında rəhbər və işçi heyət üzrə vəzifələri əhatə edir.

KORRUPSİYAXƏBƏR

Şərhlər