Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Sürücülərə XƏBƏRDARLIQ: Bu halda cərimə olunacaqsınız

Sürücülərə XƏBƏRDARLIQ: Bu halda cərimə olunacaqsınız

04 iyn 2026, 23:13, korrupsiya
0 şərh    15 Baxılıb

 

Sürücülük vəsiqəsi olmadan və etibarnaməsiz avtomobil idarə etməyə görə cərimə nə qədərdir?

Son dövrlərdə yol hərəkəti qaydaları ilə bağlı ən çox müzakirə edilən məsələlərdən biri də etibarnamə olmadan və ya sənədsiz avtomobil idarə etmə hallarıdır. Xüsusilə sürücülər arasında “başqasına məxsus avtomobili idarə etmək olar, ya yox?” sualı tez-tez gündəmə gəlir.

Nəqliyyat üzrə ekspert Rüfət Əmiraslanov açıqlamasında bu məsələyə aydınlıq gətirib və qanunvericiliyin tələblərini izah edib.

Onun sözlərinə görə, ilk növbədə sürücünün müvafiq kateqoriyaya uyğun sürücülük vəsiqəsinin olması əsas şərtdir. Əgər şəxs sürücülük hüququ olmadan avtomobil idarə edirsə, bu, inzibati məsuliyyət yaradır və qanunla cərimə tətbiq olunur. Mütəxəssis qeyd edib ki, belə halda tətbiq olunan cərimənin məbləği qanunvericiliklə müəyyən edilir və bu, təxminən 40 manat civarında inzibati cərimə ilə nəticələnə bilər.

Rüfət Əmiraslanov əlavə edib ki, əgər sürücünün etibarnaməsi yoxdursa, lakin onun etibarlı sürücülük vəsiqəsi mövcuddursa, bu zaman başqasına məxsus avtomobili idarə etməsi ayrıca cərimə predmeti yaratmır. Yəni əsas məsələ sürücünün hüquqi olaraq avtomobil idarə etmək səlahiyyətinə malik olmasıdır.

Ekspert  vurğulayıb ki, bu qayda avtomobil sahibinə əlavə cərimə tətbiq olunmasına səbəb olmur. Yəni qaydanın pozulmasına görə məsuliyyət yalnız nəqliyyat vasitəsini idarə edən şəxsə şamil edilir.

Mütəxəssis bildirib ki, yol hərəkəti qaydalarının məqsədi cərimə tətbiq etmək deyil, təhlükəsizliyi təmin etməkdir. Buna görə də hər bir sürücü avtomobil idarə etməzdən əvvəl həm sənədlərinin qaydasında olduğuna, həm də qanunun tələblərinə əməl etdiyinə əmin olmalıdır.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər