Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Qanunun Keşiyində Ayıq Xidmət: Zaqatala DYP-nin Çevik Fəaliyyətinə Təşəkkür

Qanunun Keşiyində Ayıq Xidmət: Zaqatala DYP-nin Çevik Fəaliyyətinə Təşəkkür

06 iyn 2026, 20:44, korrupsiya
0 şərh    21 Baxılıb

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin operativ fəaliyyəti təqdirəlayiqdir. 

Vətəndaş məmnunluğunun təmin olunması, qanunçuluğun qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində polis əməkdaşlarının operativ fəaliyyəti hər zaman xüsusi əhəmiyyət daşıyır.

Bu sözləri "KORRUPSİYAXƏBƏR" in rəhbəri Elyaz (Yazan) Gülüyev deyib. 

Elyaz Yazan, Zaqatala RPŞ-nin DYPB-nin fəaliyyətindən razılıq əlaməti olaraq, aşağıdakı kimi məlumat verib.

Hörmətli dəyərli izləyici dostlar!
Bu gün mənə məxsus VAZ-2106 markalı, 62-BB-423 dövlət qeydiyyat nişanlı avtomobilin idarəetmə hüququ olmayan şəxs tərəfindən idarə edilməsi barədə Zaqatala Rayon Polis Şöbəsinə məlumat verdim. Müraciətimdən təxminən bir saat sonra Zaqatala RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həmin avtomobil müəyyən edilərək saxlanılmış və müvafiq qaydada duracağa yerləşdirilmişdir.
Müraciətimə bu qədər qısa müddətdə reaksiya verilməsi, qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi və vətəndaş müraciətinə həssas yanaşılması məndə böyük məmnunluq yaratdı.
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının peşəkarlığı, çevikliyi və məsuliyyətli fəaliyyəti xüsusi təqdirə layiqdir. Bu cür operativ fəaliyyət həm yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına, həm də vətəndaşların polis orqanlarına olan inamının daha da möhkəmlənməsinə xidmət edir.
Fürsətdən istifadə edərək müraciətimə operativ baxılmasına görə Zaqatala Rayon Polis Şöbəsinin rəhbərliyinə, Dövlət Yol Polisi Bölməsinin rəhbərliyinə və tədbirin həyata keçirilməsində iştirak edən bütün əməkdaşlara dərin təşəkkürümü bildirir, onların gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Onu da qeyd edim ki, bu barədə də tərəfimdən AR-nın DİN-nin rəhbərliyinə geniş məzmunlu təşəkkür məktubu ünvanlanacaqdır.

Bir daha minnətdaram.

Hörmətlə: Elyaz Yazan 

"KORRUPSİYAXƏBƏR"

Şərhlər