Yeni Xəbərlər
Sərnişinin təhlükəsizlik kəməri qaydası ilə bağlı mühüm açıqlama Son dövrlərdə...
Mayın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1792,3 min nəfər...
"Zaqatalada utandıran mənzərə: Zərifə Əliyevanın adını belə qoruya...
Gədəbəy rayonuna dolu yağıb. “KORRUPSİYAXƏBƏR” xəbər verir ki, təbiət hadisəsi...
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki...
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək....
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Xəzərdə qalmaqallı iddialar: Ustalar polis və məhkəmə prosesinin araşdırılmasını istəyirlər

Xəzərdə qalmaqallı iddialar: Ustalar polis və məhkəmə prosesinin araşdırılmasını istəyirlər

09 iyn 2026, 19:22, korrupsiya
0 şərh    11 Baxılıb

 

Xəzər rayonunda fəaliyyət göstərən avtotəmir ustaları polis araşdırmasından narazıdırlar: "Şikayətlərimiz obyektiv araşdırılmayıb"

Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən bir qrup avtotəmir ustası redaksiyamıza kollektiv müraciət ünvanlayaraq, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsində onların şikayətlərinə baxılması prosesindən narazı qaldıqlarını bildiriblər.

"KORRUPSİYAXƏBƏR"ə daxil olan müraciətdə qeyd olunur ki, Ağa adlı şəxs uzun müddət müxtəlif avtomobillərinin təmirini onlara həvalə etsə də, sonradan əsassız iddialar irəli sürərək ustaları günahlandırmağa başlayıb. Müraciət müəlliflərinin sözlərinə görə, həmin şəxs dəfələrlə işlədikləri əraziyə gələrək onları təhqir edib, hədələyib və müxtəlif qalmaqallı vəziyyətlər yaradıb.

Şikayətçilər bildirirlər ki, Ağa adlı şəxsin polis orqanlarına etdiyi müraciətlər əsasında dəfələrlə polis bölməsinə çağırılsalar da, sonradan özləri həmin şəxsin qanunsuz hərəkətləri ilə bağlı polisə müraciət etdikdə, şikayətlərinə tam və obyektiv baxılmadığı qənaətinə gəliblər.

Müraciətdə qeyd edilir ki, polis tərəfindən Ağa adlı şəxsin əməlinə İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddəsi ilə hüquqi qiymətləndirilib. Lakin şikayətçilərin sözlərinə görə, prosesin gedişi və qəbul edilən qərarlar bir sıra suallar doğurur. Xəzər rayon məhkəməsi isə Ağa adlı şəxsi AR-İXM-nin 535-ci maddəsi ilə təqsirli bilərək, 8 sutqa inzibatı həbs qərarı verib.

Onlar həmçinin bildirirlər ki, 2026-cı il iyunun 5-də keçirilən məhkəmə iclasına dəvət olunsalar da, zərərçəkən və şikayətçi tərəf kimi mövqelərinin tam dinlənilmədiyini düşünürlər. Müraciətdə Ağa adlı şəxs barəsində təyin olunduğu bildirilən 8 sutkalıq inzibati həbs qərarının faktiki icrası ilə bağlı da şübhələrin olduğu vurğulanır.

Avtotəmir ustaları aidiyyəti dövlət qurumlarından polis bölməsində aparılmış araşdırmanın qanuniliyinin yoxlanılmasını, şikayətçi tərəfin hüquqlarının təmin olunub-olunmadığının araşdırılmasını, qəbul edilmiş qərarlara hüquqi qiymət verilməsini və məhkəmə qərarının icrasına aydınlıq gətirilməsini xahiş edirlər.

Müraciət müəllifləri hesab edirlər ki, yalnız tam, obyektiv və qərəzsiz araşdırma nəticəsində məsələnin bütün təfərrüatları üzə çıxarıla və yaranmış suallara aydınlıq gətirilə bilər.

Qeyd olunan iddialarla bağlı qarşı tərəfin və aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.

Onu da qeyd edirik ki, şikayətcilərin redaksiyamıza ünvanladığı şikayətləri əsasında tərəfimizdən aidiyyatı üzrə sorğu məktubları ünvanlanacaqdır. 

"KORRUPSİYAXƏBƏR"

Şərhlər