Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » TOVUZ PROKURORLUĞUNUN FƏALİYYƏTİ TƏQDİRƏLAYİQDİR

TOVUZ PROKURORLUĞUNUN FƏALİYYƏTİ TƏQDİRƏLAYİQDİR

11 iyn 2026, 08:35, korrupsiya
0 şərh    9 Baxılıb

 

İyunun 10-da Tovuz rayon prokurorluğunun inzibati binasında media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəalların iştirakı ilə “Açıq Qapı” günü keçirilib.

"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, tədbirin əsas məqsədi prokurorluq orqanlarının fəaliyyəti barədə ictimaiyyətə daha geniş məlumat vermək, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı inkişaf etdirmək, eləcə də hüquqi maarifləndirmə sahəsində görülən işləri iştirakçıların diqqətinə çatdırmaq olub.

Tədbiri giriş nitqi ilə açan Tovuz rayon prokuroru Marif Hüseynov qonaqları salamlayaraq bildirib ki, bu cür görüşlər dövlət qurumları ilə ictimaiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, açıq dialoqun təşviqinə və vətəndaşların hüquqi məlumatlılığının artırılmasına mühüm töhfə verir. O, rayon prokurorluğunun fəaliyyət istiqamətləri, cinayətkarlığa qarşı mübarizə sahəsində görülən tədbirlər, vətəndaş müraciətlərinə baxılması qaydaları və qanunun aliliyinin təmin olunması istiqamətində həyata keçirilən işlər barədə ətraflı məlumat verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında prokurorluq orqanlarında həyata keçirilən müasir islahatlar, rəqəmsallaşma prosesləri və vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş təşəbbüslərdən danışıb. Qeyd olunub ki, “Elektron prokurorluq” informasiya sistemi və digər innovativ həllər vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, müraciətlərin daha operativ və şəffaf şəkildə araşdırılmasına imkan yaradır.

 

Daha sonra iştirakçılar üçün rayon prokurorluğunun fəaliyyət sahələri barədə təqdimatlar keçirilib, onları maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılıb və ünvanlanan suallar cavablandırılıb.

Tədbir çərçivəsində qonaqlar Tovuz rayon prokurorluğunun inzibati binası ilə tanış olub, əməkdaşların iş şəraiti və gündəlik fəaliyyəti barədə məlumat əldə ediblər. Həmçinin, “Elektron prokurorluq” informasiya sisteminin funksional imkanları nümayiş etdirilib, müasir kriminalistik texnika və avadanlıqların istintaq prosesində tətbiqi barədə əyani təqdimat keçirilib.

Tədbirin sonunda iştirakçılarla xatirə fotoşəkli çəkdirilib.

KORRUPSİYAXƏBƏR
Şərhlər