
Müasir Azərbaycan dövlətinin güclənməsi, qanunun aliliyinin təmin olunması, vətəndaş məmnunluğunun artırılması və şəffaf idarəçiliyin formalaşdırılması hər bir vətəndaşın, xüsusilə də media nümayəndələrinin üzərinə mühüm məsuliyyət qoyur. Bu məsuliyyətin dərk edilməsi isə dövlətçilik maraqlarının hər zaman ön planda saxlanılmasını tələb edir.
Bu gün, "KORRUPSİYAXƏBƏR" in rəhbəri Elyaz Yazan, Dövlət orqanları ilə əməkdaşlığından məmnun olmasından danışıb.
Elyaz Yazan:
"KORRUPSİYAXƏBƏR" in rəhbəri olaraq hesab edirəm ki, media ilə dövlət qurumları arasında sağlam əməkdaşlıq cəmiyyətin inkişafına xidmət edən əsas amillərdən biridir.
Bizim fəaliyyətimizin əsas məqsədi dövlət orqanlarının gördüyü müsbət işləri ictimaiyyətə çatdırmaqla yanaşı, vətəndaşların problemlərinin qanun çərçivəsində həllinə dəstək olmaqdır.
Bu gün fəxrlə qeyd edirəm ki, fəaliyyətimiz dövründə bir çox dövlət qurumları ilə qarşılıqlı hörmət, etimad və qanunçuluq prinsipləri əsasında əməkdaşlıq etmişik. Bu əməkdaşlıq nəticəsində yüzlərlə vətəndaş müraciətinin aidiyyəti qurumlar tərəfindən araşdırılmasına, insanların problemlərinin həllinə və hüquqlarının bərpasına nail olunub.
Media heç vaxt dövlətə qarşı deyil, əksinə, dövlətçiliyin möhkəmlənməsinə xidmət edən ictimai institutlardan biridir. Tənqid də, araşdırma da, ictimai nəzarət də dövlətin və cəmiyyətin inkişafına yönəldikdə öz həqiqi mahiyyətini tapır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab tərəfindən müəyyən edilən şəffaflıq, vətəndaş məmnunluğu və dövlət-vətəndaş münasibətlərinin sağlamlaşdırılması siyasəti bu gün bütün dövlət qurumlarının fəaliyyətində öz əksini tapmaqdadır. Bu istiqamətdə çalışan dövlət qurumları ilə əməkdaşlıq etmək mənim üçün yalnız peşə fəaliyyəti deyil, həm də vətəndaşlıq mövqeyidir.
Mən dövlətimizi, dövlətçiliyimizi, milli maraqlarımızı və qanunun aliliyini dəstəkləyən hər bir dövlət qurumu ilə əməkdaşlığımla fəxr edirəm. İnanıram ki, media ilə dövlət qurumları arasında qarşılıqlı etimada əsaslanan əməkdaşlıq ölkəmizin daha da güclənməsinə, vətəndaşların rifahının yüksəlməsinə və hüquqi dövlət quruculuğunun inkişafına xidmət edəcəkdir.
Hörmətlə:
Elyaz Yazan
"KORRUPSİYAXƏBƏR"