
Elyaz Yazan yazır.....
Şəki rayonunun Baş Göynük kənd uşaq bağçası ətrafında səslənən iddialar artıq təkcə bir təhsil müəssisəsinin daxili məsələsi kimi deyil, ictimai maraq doğuran ciddi bir problem kimi qiymətləndirilir.
Redaksiyamıza daxil olan məlumatlara görə, bağçada işə qəbul prosesində qohumluq əlaqələrinin üstünlük təşkil etdiyi, bəzi əməkdaşların vəzifələrinə uyğun təhsil sənədləri ilə bağlı suallar olduğu iddia edilir. Bu məlumatların həqiqiliyi araşdırılacağı təqdirdə, işə qəbul prosesində şəffaflığın hansı səviyyədə təmin edildiyi ilə bağlı ciddi suallar ortaya çıxa bilər.
Bununla yanaşı, daha ağır xarakterli iddialar da mövcuddur. Belə ki, bəzi işçilərin əmək haqqı kartları və əməkhaqqı vəsaitlərinin istifadəsi ilə bağlı şübhəli halların olduğu bildirilir. Bu iddiaların doğru olub-olmadığı yalnız müvafiq qurumların araşdırması nəticəsində müəyyən edilə bilər.
Maraqlıdır ki, redaksiyamıza daxil olan bəzi digər məlumatlar da var. Lakin həmin məlumatlar hazırda kifayət qədər sənəd və sübutlarla təsdiq olunmadığından, jurnalist məsuliyyəti və obyektivlik prinsiplərinə əsasən ictimailəşdirilmir.
Əgər səslənən iddialar həqiqəti əks etdirirsə, söhbət sadəcə bir bağçanın daxili problemlərindən deyil, dövlət müəssisəsində şəffaflıq, ədalət və vəsaitlərə münasibət məsələlərindən gedir.
Aidiyyəti qurumlar bu məsələyə laqeyd qalmamalı, bütün iddiaları hərtərəfli araşdırmalı, nəticələri ictimaiyyətə açıqlamalı və lazım gəldiyi halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görməlidirlər.
Cəmiyyətin gözləntisi sadədir: iddialar ya təkzib olunmalı, ya da araşdırılaraq həqiqət üzə çıxarılmalıdır. Dövlət müəssisələrində şəffaflıq və ictimai etimad hər şeydən üstün tutulmalıdır.
Odur ki, "KORRUPSİYAXƏBƏR" olaraq, AR-nın Baş prokurorluğuna tərəfimizdən rəsmi məlumat məktubu hazırlanır....
"KORRUPSİYAXƏBƏR"