
"KORRUPSİYAXƏBƏR"in rəhbəri Elyaz Yazan,bu dəfə dövləti və dövllətçiliyi, eləcə də insanların sağlamlığını düşünərək, Şəkinin Baş Göynük kəndində yerləşən, sanitariya qaydalarına riayət etməyən, həmçinin sənədləri qaydasında olmadan fəaliyyət göstərən kafe ilə bağlı aidiyyatı orqanlara rəsmi məlumat məktubu ünvanlayıb.
Şəkidə yol kənarında qril bişirilən obyekt: Qida təhlükəsizliyi qaydalarına əməl olunurmu?
Şəkidə magistral yolun kənarında fəaliyyət göstərən ictimai iaşə obyekti ilə bağlı ciddi suallar yaranıb.
Redaksiyamıza daxil olan məlumat və əldə etdiyimiz foto-video materiallara əsasən, sözügedən obyektdə toyuq və ət məhsulları qril üsulu ilə hazırlanaraq açıq şəraitdə müştərilərə təqdim olunur.
Məsələnin diqqətçəkən tərəfi isə obyektin avtomobil yolunun bilavasitə kənarında yerləşməsidir.
Belə şəraitdə avtomobillərin hərəkəti nəticəsində yaranan toz və digər çirkləndirici amillərin qida məhsullarına təsir göstərməsi ilə bağlı ciddi suallar meydana çıxır.
Bəs həmin qida məhsullarının hazırlanması və satışı zamanı sanitariya və qida təhlükəsizliyi tələblərinə əməl olunurmu?
Obyektin fəaliyyət üçün müvafiq sənədləri varmı?
Ət və toyuq məhsulları hansı şəraitdə saxlanılır?
Hazırlanan qidaların açıq mühitdən qorunması necə təmin edilir?
Ən əsası isə, aidiyyəti dövlət qurumları bu obyektə nəzarət ediblərmi?
Redaksiyamız məsələnin ictimai əhəmiyyətini nəzərə alaraq, əldə etdiyi materiallar əsasında aidiyyəti dövlət qurumlarına rəsmi məlumat məktubu ilə müraciət hazırlayıb.
Məqsəd kimisə əvvəlcədən təqsirli elan etmək deyil. Məqsəd obyektin fəaliyyətinin qanunvericiliyin, sanitariya və qida təhlükəsizliyi tələblərinə uyğun olub-olmadığının rəsmi şəkildə araşdırılmasına nail olmaqdır.
Əgər obyekt bütün tələblərə uyğun fəaliyyət göstərirsə, bunun aidiyyəti qurumlar tərəfindən təsdiqlənməsində heç bir problem olmamalıdır.
Yox, əgər araşdırma zamanı hər hansı qanun pozuntusu və ya insan sağlamlığı üçün risk yaradan hal müəyyən edilərsə, qanunvericiliyə uyğun tədbir görülməlidir.
KORRUPSİYAXƏBƏR.com.az məsələni diqqətdə saxlayır. Aidiyyəti qurumların verəcəyi rəsmi cavab ictimaiyyətə təqdim olunacaq.
Sual isə açıq qalır: yolun kənarında açıq şəraitdə qril bişirilən bu obyektdə vətəndaşların sağlamlığı üçün bütün təhlükəsizlik tələbləri həqiqətən təmin olunurmu?
"KORRUPSİYAXƏBƏR"