Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" ə verilən məlumata görə, polisin ikinci sevgilisi...
“Qaraheybət” faciəsindən 4 il ötür Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi...
Azərbaycanda noyabrın 30-na gözlənilən hava şəraiti haqqında proqnoz...
Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub....
Kəlbəcərin işğaldan azad edilməsindən 5 il ötür. "KORRUPSİYAXƏBƏR"...
Noyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena...
"KORRUPSİYAXƏBƏR" in rəhbəri Elyaz Yazan, Hacı Əjdər bəy məscidinin...
Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş həbs qətimkan tədbirinin ev...
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təbii ehtiyatların kəşfiyyatı...
Baş prokuror Kamran Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə"...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi belə olacaq - FOTO

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi belə olacaq - FOTO

07 iyl 2025, 09:00, korrupsiya
0 şərh    1 Baxılıb

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi belə olacaq - FOTO


Qarqar çayının sağ sahilində, 6,4 hektar ərazidə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi tikiləcək. Artıq Kompleksin layihələndirilməsi işlərinə başlanılıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub.
"Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, ana-uşaq otağı, mağazalar, restoranlar, uşaq əyləncə mərkəzi, açıq terras və istirahət guşələrindən ibarət olacaq.

Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcək.

Kompleksə çay ətrafında bulvar, körpülər, perron altı keçid daxildir. Bundan başqa avtomobil dayanacaqları, elektrik avtomobilləri üçün enerji doldurma cihazları, velosiped yolu və dayanacağı nəzərdə tutulub."

B.Hacıyev qeyd edib ki, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi əvvəlki vağzalla müqayisədə şəhər mərkəzinə 4 km daha yaxın məsafədə yerləşir.

"Bu da gələcəkdə şəhər sakinlərinin ictimai nəqliyyata əlçatanlığını təmin edəcək.

Ümumiyyətlə, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam-Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam-Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yolu xətti boyunca Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin, yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Layihənin icra müddəti 2025-2026-cı illəri əhatə edəcək.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Ağdam-Xankəndi dəmir yolu 1979-cu ildə inşa olunub. Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Ulu Öndər bu regiona dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı-Yevlax-Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətlənmişdi", - deyə o qeyd edib.

Şərhlər