Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Dünya » Tramp və Netanyahunun gizli görüşü – Ağ Evdə nə baş verir?

Tramp və Netanyahunun gizli görüşü – Ağ Evdə nə baş verir?

09 iyl 2025, 10:26, korrupsiya
0 şərh    10 Baxılıb

 ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu son iki gün ərzində ikinci dəfə Ağ Evdə görüş keçiriblər.

Görüş 8 iyul axşamı baş tutub və təxminən iki saat davam edib. Mətbuatın iştirakı olmadan keçirilən bu qapalı görüşdə əsas müzakirə mövzusu Qəzza zolağında davam edən müharibə və mümkün atəşkəs razılaşması olub.

BBC-nin məlumatına görə, Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff bildirib ki, İsrail və HƏMAS arasında 60 günlük atəşkəs barədə razılaşma üçün sadəcə bir əsas məsələ qalır.

Netanyahu görüşdən sonra verdiyi açıqlamada atəşkəs imkanlarını istisna etməsə də, İsrailin hərbi kampaniyasını sona çatdırmağa hələ hazır olmadığını deyib:

“Bizim hələ Qəzzadakı işi başa çatdırmağımız, bütün girovları azad etməyimiz və HƏMAS-ın hərbi və siyasi potensialını tamamilə məhv etməyimiz lazımdır,” – deyə Netanyahu vurğulayıb.

O, həmçinin ABŞ Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson və vitse-prezident Cey Di Venslə də görüşüb. Bu, Netanyahu ilə Tramp arasında Trampın ikinci prezidentliyi dövründə baş tutan üçüncü rəsmi görüşdür.

Xatırladaq ki, Qəzza müharibəsi 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın İsrailə hücumu ilə başlayıb. İsrailin rəsmi məlumatına görə, həmin hücum nəticəsində 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Cavab zərbələri zamanı isə HƏMAS-ın məlumatına görə, Qəzzada 57 min 500-dən çox insan həyatını itirib.

Şərhlər