Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Dünya » "Arvadımla qızımı təhdid edirlər" - Partiya sədrindən SENSASİON AÇIQLAMA

"Arvadımla qızımı təhdid edirlər" - Partiya sədrindən SENSASİON AÇIQLAMA

30 iyl 2025, 12:26, korrupsiya
0 şərh    10 Baxılıb

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür diqqətçəkən açıqlamalar verib.

Bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Özgür Özel jurnalistlərin "Təhdidlər alırsınız?" sualına belə cavab verib:

"Alıram, həbs olunanlar var. Təbii ki, dövlətin də bizim barəmizdə mühafizə qərarı var. Amma həyat yoldaşım və qızıma hədə-qorxu gəlirlər. Onların arasında artıq həbs olunanlar var. Təhdidlər gəlir, müvafiq tədbirlər görülür".

CHP sədri Silivri Həbsxanasında saxlanılan keçmiş sədr Əkrəm İmamoğlunun prezidentliyə namizədliyindən də danışıb.

"Əkrəm İmamoğlu rəsmi seçki qərarı verilənə və namizədlik üçün müraciət zamanı gələnə qədər Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədidir. Çünki namizədi dəyişmək artıq namizədin də əlində deyil. 15,5 milyon insan gəlib səs verdi. Bu 15,5 milyon insanı təhlil etdikdə görürük ki, heç vaxt CHP-nin qapısından belə keçməmiş insanlar CHP-nin lehinə səs veriblər. Əkrəm İmamoğlu o insanların namizədidir və biz son ana qədər İmamoğlunun namizədliyini təmin etmək üçün bütün hüquqi və siyasi şərtləri sıxışdıracağıq”.

Şərhlər