Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Dünya » Çin bəyan etdi: Arxada oturub seyr edə bilmərik

Çin bəyan etdi: Arxada oturub seyr edə bilmərik

19 iyn 2025, 10:47, korrupsiya
0 şərh    6 Baxılıb

Çin bəyan etdi: Arxada oturub seyr edə bilmərik

Pekin İsrailin hərəkətlərinin beynəlxalq hüququ və beynəlxalq münasibətləri tənzimləyən normaları pozduğunu, İranın suverenliyinə və təhlükəsizliyinə qəsd etdiyini, regional sülhü, sabitliyi pozduğunu bəyan edib.

Belə bir bəyanatla Çinin xarici işlər naziri Vanq Yi çıxış edib.

"Münaqişə İranın nüvə problemi ilə bağlı çətin qazanılan yaxınlıq danışıqlarını pozdu və Omanın vasitəçilik səylərinə xələl gətirdi. Çin həmişə bütün mübahisələrin sülh yolu ilə həllinin tərəfdarı olub və güc təhdidinə və ya güc tətbiqinə qarşı çıxıb. Biz İsrailin güc tətbiqinə dərhal etirazımızı bildirdik.
Əsas prioritet atəşkəs və hərbi əməliyyatlara son qoyulmasıdır.

Biz arxada oturub regional vəziyyətin uçuruma yuvarlanmasını seyr edə bilmərik. Bu kritik anda beynəlxalq ictimaiyyət, xüsusilə də regional ölkələr öz qüvvələrini daha da birləşdirməli, ədaləti müdafiə etməli və müharibəyə qarşı çıxmalıdır. Beynəlxalq birlik  sülhü dəstəkləməklə siyasi həll yollarını təşviq etmək üçün beynəlxalq impuls yaratmalıdır”, - çinli nazir bəyan edib.

Nazir onu da əlavə edib ki, Çin Oman və regionun digər ölkələri ilə əlaqələrini davam etdirməklə müharibənin dayandırılmasında və Yaxın Şərqdə sülhün bərqərar olunmasına kömək etməkdə konstruktiv rol oynayacaq.

Xatırladaq ki,  “The Telegraph” son günlər Çin yük təyyarələrinin İrana uçduğunu bildirib. Uçuşların monitorinqi məlumatları Şanxay da daxil olmaqla Çin şəhərlərindən qalxan təyyarələrin Orta Asiya üzərindən uçduğunu və İran sərhədi yaxınlığında radarlardan itdiyini göstərib. Uçuş planlarında son təyinat məntəqələri Lüksemburq kimi göstərilib, lakin təyyarələr Avropa hava məkanında aşkar edilməyib. Bildirilir ki, belə təyyarələr çox vaxt hərbi texnikanın daşınması üçün istifadə olunur.

Şərhlər