Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Dünya » İran-İsrail qarşıdurması nəinki genişlənir, həm də dərinləşir - Dünya təlaş içində

İran-İsrail qarşıdurması nəinki genişlənir, həm də dərinləşir - Dünya təlaş içində

20 iyn 2025, 16:00, korrupsiya
0 şərh    16 Baxılıb

İran-İsrail qarşıdurması nəinki genişlənir, həm də dərinləşir - Dünya təlaş içində

Tehrana zərbələr, Çinə kölgə nefti, ABŞ-la gizli təmaslar, Rusiyanın susqunluğu, regionda ekstremizm qorxusu – Yaxın Şərq yalnız savaş deyil, geosiyasi şahmat lövhəsinə çevrilib.
İsraillə İran arasında davam edən müharibə həm hərbi, həm iqtisadi, həm də diplomatik müstəvidə qlobal təsirlərə səbəb olur. İsrail ordusu Tehranın Spand Nüvə İnkişaf Mərkəzi də daxil olmaqla onlarla hərbi-sənaye obyektinə zərbə endirib. Əməliyyatda 60-dan çox təyyarə iştirak edib, 120-yə yaxın sursatdan istifadə olunub.

İran isə ABŞ sanksiyalarını “kölgə donanması” vasitəsilə yararaq Çinə gündəlik 2,2 milyon barel neft ixrac edir. Neftin kiçik partiyalarla daşınması və üzən anbarların Çinə yaxınlaşdırılması bu siyasətin əsas taktikasına çevrilib.

Bu arada, İran və ABŞ rəsmiləri arasında gizli telefon danışıqları aparıldığı bildirilir. Tehran, İsrail hücumları dayandırılmayınca danışıqlara qayıtmaqdan imtina etdiyini, lakin urandan istifadənin regionda birgə nəzarət altında zənginləşdirilməsi ideyasına açıq qapı saxladığını bəyan edib.

İranın xarici işlər naziri Əraqçiyə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb, Xameneinin isə mümkün təhdidlər səbəbilə gizli bunkerdə saxlandığı iddia olunur. Rusiya prezidentinin mətbuat katibi Peskov isə Xamneyinin zərərsizləşdirilməsinin ekstremizmi alovlandıra biləcəyini bildirib.

Rəsmi Moskva isə gözləmə mövqeyindədir. Tehranla strateji müttəfiqlik bəyan edilməsinə baxmayaraq, Moskva nə hərbi yardım göstərib, nə də İsraili açıq şəkildə qınayıb. BBC-nin analizinə əsasən, Rusiya Ukraynada resurs çatışmazlığı, regionda balans qorumaq istəyi və Tehrandakı mümkün rejim dəyişikliyinə hazırlaşmaq səbəbilə aktiv müdaxilədən yayınır.

"Bloomberg" yazır ki, Ərəb dünyası isə İran rejiminin Xamenei sağ qalsa belə, İsrail zərbələrindən çıxmayacağına inanır. Onlar bu gərginliyin yalnız İran rejiminin deyil, həm də regionun dayanıqlılığını sarsıdacağından narahatdır. Onlar İranın nüvə obyektlərinə zərbələrin radioaktiv fəlakətə səbəb ola biləcəyini və Buşəhr AES-in zədələnəcəyi halda böyük itkilər yaşanacağını bildirirlər.

Eyni zamanda, İsraildə keçirilən sorğular göstərib ki, əhalinin 70%-i İran zərbələrini dəstəkləyir, lakin demək olar ki, yarısı diplomatik həll yoluna üstünlük verir. Hökumətə inam aşağı olsa da, İsrail Hərbi Hava Qüvvələri və "Mossad" əhali arasında ən etibarlı strukturlar hesab olunur.

Tel-Əvivdəki Norveç səfirliyinə atılan əl qumbarası isə müharibənin diplomatik cəbhəyə də sıçradığını göstərir. Hücum nəticəsində xəsarət alan olmasa da, məsələ beynəlxalq narahatlıq yaradıb.

Daha çox xəbər:
10 sen 2025, 14:44    12    0
"KORRUPSİYAXƏBƏR" in məlumatına görə, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai...
Şərhlər