Yeni Xəbərlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki...
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək....
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il...
Bələdiyyə üzvlüyünə namizədə hansı güzəştlər var? "KORRUPSİYAXƏBƏR"...
“Təbiəti qoruyanlar gələcəyimizi qoruyurlar” – Elyaz Yazandan ekologiya...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə...
Elyaz Yazan: “Zaqatala rayon prokuroru Qabil Səfərov vətəndaş müraciətlərinə...
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) ölkədə casus şəbəkəsinə qarşı...
Баннер
Korrupsiya Xəbər » Dünya » ABŞ bazalarına hücum hazırlığı, İran hava limanlarına zərbə - Son vəziyyət

ABŞ bazalarına hücum hazırlığı, İran hava limanlarına zərbə - Son vəziyyət

23 iyn 2025, 10:59, korrupsiya
0 şərh    2 Baxılıb

ABŞ bazalarına hücum hazırlığı, İran hava limanlarına zərbə - Son vəziyyət

İran Ordusunun Ali Baş Komandanı Əmir Hatəmi ABŞ-ni İranın nüvə obyektlərinə zərbələrə “qətiyyətli cavab” verəcəyi ilə hədələyib.

O bunu İslam Respublikası Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri ilə görüşündə deyib.

 “Amerikalılar hər dəfə cinayət törədəndə qətiyyətli cavab aldılar və bu dəfə də belə olacaq”, - o vurğulayıb.
İsrail televiziyasının 12-ci kanalı bildirir ki, İsrail ordusu İran hava məkanında İsrail pilotsuz təyyarəsinin vurulmasını təsdiqləyib. Qeyd olunur ki, heç bir məxfi məlumatın sızması olmayıb.

Bu gün səhər saatlarında İran mediası ölkənin mərkəzi hissəsində Hermes 900 pilotsuz təyyarəsinin vurulması barədə məlumat yayıb.

İranyönlü qruplar ABŞ-nin İrana zərbələrinə cavab olaraq İraq və Suriyadakı Amerika bazalarına hücum etməyə hazırlaşır. Bununla belə, onlar indiyədək zərbələrdən çəkiniblər və İraq hakimiyyəti silahlıları hücumlardan çəkindirmək üçün hər cür səy göstərir. Bu barədə “The New York Times” Amerika hərbi və kəşfiyyat rəsmilərinə istinadən yazır.

İranda 6 hava limanına hücum edilib: 15 qırıcı və helikopter məhv edilib

İsrail ordusu ölkənin hava məkanına nəzarəti gücləndirmək səyləri çərçivəsində İranın 6 hava limanına hava zərbələri endirib. İslam Respublikasının qərb, şərq və mərkəzi bölgələrinə endirilən zərbələr nəticəsində 15 döyüş təyyarəsi (F-14, F-5) və helikopter (AH-1) məhv edilib. Bundan əlavə, uçuş-enmə zolaqları və yanacaq dolduran təyyarə zədələnib.

"Məhv edilmiş təyyarələr İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrə qarşı istifadə olunmaq və onların İran ərazisinə hücumunun qarşısını almaq üçün nəzərdə tutulub", - İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.

İranın Xarici İşlər Nazirliyindən isə bildirilib ki, İran xarici təzyiqlərə baxmayaraq, dinc məqsədlər üçün uranı zənginləşdirməyə davam edəcək.

İran İslam İnqilabı Keşikçiləri Korpusununun bəyanatına əsasən, İsrailin dünən Yəzd vilayətindəki iki mərkəzimizə hücumu nəticəsində ölənlərin sayı 10-a çatıb.

ISNA qeyd edir ki, İranın səhiyyə nazirinin müavini deyib ki, insanlar nüvə radiasiyasına məruz qalma təhlükəsi ilə üz-üzə deyil.

"Hücuma məruz qalan Natanz, Fordo və digər ərazilər əsasən zənginləşdirmə obyektləridir. Partlayışlardan yaranan zəhərli qazların maksimal radiusu 50-100 metrdir, ondan kənarda isə heç bir problem yoxdur" - xəbərdə vurğulanır.

İranın ali lideri Ayətullah Əli Xamenei İsraillə gərginlik ətrafında yaranmış vəziyyəti şərh edib. X sosial şəbəkəsində yayımlanan açıqlamasında yazıb:

"Sionist düşmən böyük bir səhv, ağır cinayət törədib. O, cəzasını çəkməlidir - və o, artıq cəzalandırılır. Hazırda o, cəzasını alır".

Daha çox xəbər:
05 iyn 2026, 17:41    5    0
Deputat Naqif Həmzəyev Milli Məclisin iclasında çıxış edərək sürücüləri narahat edən məsələlərə...
Şərhlər