Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » Birinci Qarabağ müharibəsində itkin düşən Ayaz Zərbəliyevin qalıqları Göyçayda dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşən Ayaz Zərbəliyevin qalıqları Göyçayda dəfn olunub - FOTO

12 sen 2025, 14:36, korrupsiya
0 şərh    12 Baxılıb


Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid hərbçi Zərbəliyev Ayaz Əsgəralı oğlunun qalıqları bu gün Göyçay rayonuna gətirilib.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, şəhidin qalıqları Potu kəndində ailəsinə təhvil verilib və vida mərasimi keçirilib.

Vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon İcra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Göyçay Şəhər şəhidlər xiyabanında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub, yaylım atəşi açılıb.

Qeyd edək ki, Zərbəliyev Ayaz Əsgəralı oğlu 1969-cu ildə Göyçayın Potu kəndində anadan olub. 1993-cü ildə Kəlbəcər rayonu, Çərəkdar kəndi ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.


KORRUPSİYAXƏBƏR

Şərhlər