Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » XIRDALAN SAKİNLƏRİNƏ ŞAD XƏBƏR

XIRDALAN SAKİNLƏRİNƏ ŞAD XƏBƏR

14 sen 2025, 07:03, korrupsiya
0 şərh    10 Baxılıb

 

Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət edən qatarları sərnişin tələbatını təmin etmək məqsədilə 15 sentyabr 2025-ci il tarixindən yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvi marşrutu üzrə reyslərin sayı 92-dən 104-ə çatdırılacaq. Belə ki, Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı iş günləri 36-dan 40-a, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə 56-dan 64-dək artırılacaq. Qeyri-iş günləri isə Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı 16-dan 22-yə çatdırılacaq, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə 34 reys yerinə yetiriləcək.


Bu dəyişikliklər həm də sərnişinlər üçün əlavə imkanlar yaradır. Belə ki, Xırdalan və Biləcəri sakinləri üçün Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə əlavə reyslərin təşkili sərnişinlərin bu istiqamətdə gündəlik gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin artırılması sərnişinlər üçün daha çox rahatlıq və seçim imkanı yaradacaq.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər