Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » BAKIDA BU XİDMƏT İKİ DƏFƏ BAHALAŞDI

BAKIDA BU XİDMƏT İKİ DƏFƏ BAHALAŞDI

02 okt 2025, 23:33, korrupsiya
0 şərh    19 Baxılıb

 

Avtobuslarda gediş haqqının artmasından sonra taksilərin də qiymətlərində dəyişiklik müşahidə olunur. Bildirilir ki, əvvəllər 1 manatla xidmət göstərən sürücülər indi ödənişi 2 manata qaldırıblar. 

Bu hal nə dərəcədə əsaslıdır?

"KORRUPSİYAXƏBƏR"  xəbər verir ki, iqtisadçı Günay Hüseynova deyib ki, avtobus və metroda gediş haqqının qaldırılması xidməti keyfiyyətin artırılması ilə əlaqədardır:

“Bu halda yeni komfortlu avtobuslar və ya vaqon alınır. Taksidə hansı keyfiyyət göstəricisi artırılır ki, qiymət artımına qismən də olsa, haqq verək? Əslində süni artım gözlənilən idi. Belə ki, ictimai nəqliyyat 60 qəpik olubsa, 1 manatlıq taksi ilə aradakı fərq azalır. Vətəndaşlar yaranan sıxlıq, ayaqüstü gediş, yorucu tıxacları nəzərə alaraq 1 manatlıq taksilərə üstünlük verirlər. Lakin bu da məntiqi izah deyil”.

İqtisadçı bildirib ki, belə neqativ hallar monitorinqlərin olmamasına görədir:

“Ciddi nəzarət, yoxlamalar, sərt cəzalar olsa, bu kimi hallar yaşanmaz. Ümumiyyətlə, heç belə maşınların qeydiyyatı da yoxdur. Nə post cihazı var, nə qeydiyyat, nə də sürücünün kim olduğu bəllidir. Bu sahədə çatışmazlıq olduqca çoxdur. İlk növbədə sabit tarif olmalı, post cihazı təqdim edilməli, sürücünün sağlamlıq və məhkumluq haqqında arayışı tələb edilməli, sistemdə qeydiyyatı aparılmalıdır”.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər