Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » SABİQ POLİS ZABİTİ MÜƏLLİMLƏRİ BELƏ TƏBRİK EDİB

SABİQ POLİS ZABİTİ MÜƏLLİMLƏRİ BELƏ TƏBRİK EDİB

03 okt 2025, 09:38, korrupsiya
0 şərh    20 Baxılıb

"KORRUPSİYAXƏBƏR" məlumat verir ki, Sabiq polis zabiti, Tural Niftalıyev, "Beynəlxalq müəllimlər günü" münasibəti ilə müəllimləri belə təbrik edib. 

Təqaüddə olan polis zabiti, ictimai fəal, Tural Niftalıyev 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlərə təbrik ünvanlayıb. 
 T. Niftalıyev təbrikə  Ümummilli Lider Heydər Əliyevin kəlamını xatırlatmaqla  başlayıb.
 " Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqlarının tərbiyyəsini yalnız ona etibar edir "
Əziz müəllimlər! 
Uzun illər Şəki Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru vəzifəsində işləyərkən, yol hərəkətinin təhlükəsizliyinin təbliği sahəsində Sizinlə birgə çalışdıq. Şəxsən mənimlə əməkdaşlığınızı yüksək qiymətləndirir hər birinizə təşəkkür edirəm.
Uşaq və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində Şəki rayonunda fəaliyyət göstərən təhsil müəssisələri ilə sıx əməkdaşlıq edərək fəal maarifləndirmə işləri apardığıma görə 13 dekabr 2021-ci il tarixdə Şəki Şəhər Təhsil Şöbəsi ( indiki Təhsil Sektoru) tərəfindən  " Məktəblilərin sevimlisi " adına layiq görülməyim həyatımdakı ən xoş xatirələrimdən biridir.
Peşə fəaliyyətinizdə bir daha Sizə uğurlar arzulayıram.
Hörmətlə, 
Tural Niftalıyev.

KORRUPSİYAXƏBƏR

Şərhlər