Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, bu gün Zaqatala rayonunda bir...
Dəyərli dostlar! İlk öncə hər birinizi salamlayır, Azərbaycan Respublikasının...
“KORRUPSİYAXƏBƏR” ə AR-nın DİN-nin Baş DYPİ-nin Alayı, 5-ci Tağımın Murad adlı...
Abşeron rayonu, Novxanı qəsəbəsi, Heydər Əliyev küçəsində yaranan çuxur...
Prezident İlham Əliyev Azərbaycan Biznesinin İnkişafı Fondunun yenidən təşkil...
Rüşvət müqabilində rəy verməkdə təqsirləndirilən Ədliyyə Nazirliyinin Məhkəmə...
“Qaraheybət” faciəsindən 4 il ötür Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi...
Azərbaycanda noyabrın 30-na gözlənilən hava şəraiti haqqında proqnoz...
Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub....
Kəlbəcərin işğaldan azad edilməsindən 5 il ötür. "KORRUPSİYAXƏBƏR"...
Баннер
Korrupsiya Xəbər » Gündəm » MAŞINLARA ETİBARNAMƏ VERİLMƏSİ QÜVVƏDƏN DÜŞƏCƏK?

MAŞINLARA ETİBARNAMƏ VERİLMƏSİ QÜVVƏDƏN DÜŞƏCƏK?

08 okt 2025, 01:23, korrupsiya
0 şərh    6 Baxılıb

 

Bu, vətəndaşlar üçün əlavə vaxt itkisi və bürokratik çətinliklər yaradır, həmçinin korrupsiya risklərini artırır. Sabiq maliyyə naziri, professor Saleh Məmmədov sosial şəbəkə hesabında bildirib ki, Azərbaycanda avtomobil idarə etmək üçün etibarnamə sistemi hələ də qüvvədədir və bu, vətəndaşlar üçün bir sıra çətinliklərə səbəb olur. 

Dünyanın digər 192 ölkəsində isə belə bir sistem artıq ləğv edilib və avtomobil idarə etmək üçün yalnız sürücülük vəsiqəsi və avtomobil sənədləri kifayət edir. O, həmçinin qeyd edib ki, Azərbaycan istisna olaraq bu sistemi qoruyub saxlayır və gündəlik praktikada tətbiq edir.  

Bu, vətəndaşlar üçün xərclərin artmasına, vaxt itkisinə və narazılığa səbəb olur. Etibarnamə kimi köhnəlmiş və formal prosedurların ləğvi, xərclərin isə onlayn şəkildə dövlət büdcəsinə yönəldilməsi həm vətəndaş, həm də dövlət üçün daha sərfəlidir. 

Azərbaycanda bu qaydanın aradan qaldırılması nə dərəcədə realdır? 

Mövzu ilə bağlı “KORRUPSİYAXƏBƏR" ə açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, onlayn avtomobil paylaşımı etibarnaməni artıq lazımsız edir: 

“Bizim ölkəmizdə "car sharing", yəni avtomobil paylaşımı layihəsi artıq fəaliyyət göstərir. Burada istənilən şəxs mobil tətbiq vasitəsilə distant, onlayn olaraq təklif olunmuş maşını kirayə götürə bilir. Bu zaman hər hansı yazılı etibarnaməyə də ehtiyac olmur. Artıq bu sistem ölkəmizdə mövcuddursa, bu, o deməkdir ki, etibarnamələr ləğv edilə, sadəcə hüquqi şəxslərdə, yəni şirkət maşınlarında bu sistem qala bilər. Şirkət avtomobilləri öz əməkdaşlarına etibarnamə ilə və ya digər vasitələrlə təqdim oluna bilər”. 

Onun sözlərinə görə, fiziki şəxslər arasında etibarnaməyə ehtiyac qalmayıb: 

“Düşünürəm ki, fiziki şəxslər arasında etibarnamə verilməsi artıq keçmişdə qalıb. Texnologiyalar inkişaf edib və bu səbəbdən artıq etibarnaməyə ehtiyac yoxdur. Hesab edirəm ki, qanunvericilikdə də bununla bağlı dəyişiklik edilməlidir. "

Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə bu istiqamətdə dəyişikliklər olunmalıdır”. 

Ekspert qeyd edib ki, hazırda qüvvədə olan yol hərəkəti ilə bağlı qanunvericilik müasir texnologiyalara uyğun yenilənməlidir: 

“Ümumiyyətlə, nəzər yetirdikdə görürük ki, hazırda qüvvədə olan “Yol hərəkəti haqqında” Qanun və İnzibati Xətalar Məcəlləsi bir çox hallarda köhnə Sovet dövründən qalan hüquqi normaların təkrarından ibarətdir. 

Bu səbəbdən də bu qanunlara yenidən baxılmalı və müasir dövrün reallıqlarına uyğun əlavələr edilməlidir. Dövr dəyişir, yeni texnologiyalar meydana çıxır. Etibarnamələrin ləğv edilməsi də məhz bu dəyişikliklərə uyğun atılacaq addım olardı”. 

KORRUPSİYAXƏBƏR

Şərhlər