
"KORRUPSİYAXƏBƏR" məlumat verir ki, "ASBE MMC" tərəfindən redaksiyamıza müraciət daxil olmuşdur.
"ASBE MMC" nin məsul şəxsi, Əsədov İlham Sabir oğlu, uzun illərdir ki, tikinti sahəsində işlədiyini, daha doğrusu desək, özünü əsl tikinti mütəxəssisi olduğunu deyir.
Müraciət müəllifi, redaksiyamıza etdiyi müraciətində belə bildirmişdir ki, "ASBE MMC" nin sədri onun qızı Aidə Bağırzadədir, Lakin, etibarnamə əsasında etibar edilən işləri özü icra edir. 10.07.2025-ci ildə "AR GROUP MMC" ilə müqaviə bağlayaraq, İmişli rayonunun özündə və bir-neçə kəndlərində orta məktəb binalarının əsaslı və cari təmirinin öhdəliyini üzərinə götürmüş, Həmin müqavilə əsasında O, usta və fəhlələrlə əmək müqaviləsi bağlayaraq işə başlamış, 7 məktəbdə müəyyən qədər işlər görmüşdür. "ASBE MMC" ilə "AR GROUP MMC" arasında bağlanmış xidməti müqavilədə görülmüş işlərin müqabilində ödəniləcək pul vəsaitləri köçürülmə yolu ilə ödəniləcəyi qeyd edilmişdir. Buna baxmayaraq, "AR GROUP MMC" müəyyən qədər pul vəsaitlərini digər bir şəxsin Elçin adlı şəxsin vasitəsi ilə nəğd şəkildə ödəmişdir. Qeyd edilənlərlə bağlı qarşı tərəfi də dinlədik. Elçin adlı şəxs, həmin MMC-dən pul almadığını, lakin, ustalara pul köçürülməsi ilə bağlı məlumat verdiyini, məlumatı əsasında da "AR GROUP MMC" nin məsul şəxsləri tərəfindən bank hesab kartı vasitəsi ilə ustalara pul köçürüldüyünü bildirdi. "AR GROUP MMC" nin direktoru da bildirdi ki, biz "ASBE MMC" ilə aramızda bağlanmış xidməti müqaviləyə xitam vermişik, ona görə də biz "ASBE MMC" ni tanamırıq. Biz ümumiyyətlə "ASBE MMC" ni tanamırıq dedi. Hər iki tərəfin bildirdiklərini mövzumuzda qeyd etdik, Müraciət əsasında daha obyektiv araşdırma aparmağımız səlahiyyətimizə aid olmadığından aidiyyatı üzrə Hüquq-Mühafizə orqanlarına rəsmi məlumat məktubu ünvanladıq.
Burada, "ASBE MMC" nin məsul şəxsi Əsədov İlham Sabir oğlunun qeyd etdiyi bir məsələni də diqqətinizə çatdırırıq ki, O, bildirmişdir ki, Elçin adlı şəxslə əvvəldən tanışdır, Əsədov İlham Sabir oğlu, onun bu kimi hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirdkdə, Elçin adlı şəxs də, "mənə heç kim heçnə edə bilməz!!! mənim bir oğlum AR-nın Xarici İşlər nazirliyində yüksək vəzifədə işləyir, bir oğlum da DTX-nin Abşeron rayon idarəsində rəis müavinidir.
Qeyd edək ki, Elçin adlı şəxsin bu məsələdə nə kimi iştirakının olmasının, eyni ilə dövlət Hüquq-Mühafizə orqanlarında xidmət edən oğullarının adını çəkərək, onların da işgüzar nüfuzuna xələl gətirməsi, eləcə də dediklərinin doğru olub-olmaması ilə bağlı araşdırma aprılması məqsədi ilə növbəti məlumat məktubumuz hazırlanır. Nəticəsi barədə təkrar məlumat veriləcəkdir.
"KORRUPSİYAXƏBƏR"