Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » Dövlət büdcəsinin kəsiri üzrə proqnozu açıqlanıb

Dövlət büdcəsinin kəsiri üzrə proqnozu açıqlanıb

16 okt 2025, 10:01, korrupsiya
0 şərh    12 Baxılıb

Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2026-cı ildə 2,3 faiz təşkil edəcəyi, 2029-cu ildə isə 2 faizə enəcəyi proqnozlaşdırılır.

"KORRUPSİYAXƏBƏR" in məlumatına görə, bu Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə əksini tapıb.

Qeyd edilib ki, 2026-cı ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3094,6 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 3127,5, 3558 və 3230,2 milyon manat məbləğində proqnozlaşdırılır.

Dövlət büdcəsi kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşdirmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici vədaxili) vəvahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Müəyyən olunmuş bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara artıq başlanıldığından, imzalanacaq borc sazişləri üzrə cəlb olunacaq kredit vəsaitləri kəsirin maliyyələşmə mənbəyində payının artmasını şərtləndirəcəkdir. Yeni makro-fiskal çərçivənin tətbiqi ilə əlaqədar qarşıya qoyulmuş hədəflərə uyğun olaraq uzunmüddətli dövrdə daxili və xarici borclanma təsdiq edilmiş limitlər çərçivəsində istifadə ediləcəkdir. Bu hədəfin təmin edilməsi üçün dövlət qiymətli kağızlarının və istiqrazlarının emissiyası ilə daxili maliyyə bazarlarının inkişaf etdirilməsinin diqqət mərkəzində saxlanılması davam edəcəkdir.

Bununla yanaşı, 2026-cı ildə 3870 milyon manat məbləğində proqnozlaşdırılan icmal büdcə kəsirinin 2029-cu ildə1759,9 milyon manat səviyyəsində olacağı gözlənilir.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər