Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, bu gün Zaqatala rayonunda bir...
Dəyərli dostlar! İlk öncə hər birinizi salamlayır, Azərbaycan Respublikasının...
“KORRUPSİYAXƏBƏR” ə AR-nın DİN-nin Baş DYPİ-nin Alayı, 5-ci Tağımın Murad adlı...
Abşeron rayonu, Novxanı qəsəbəsi, Heydər Əliyev küçəsində yaranan çuxur...
Prezident İlham Əliyev Azərbaycan Biznesinin İnkişafı Fondunun yenidən təşkil...
Rüşvət müqabilində rəy verməkdə təqsirləndirilən Ədliyyə Nazirliyinin Məhkəmə...
“Qaraheybət” faciəsindən 4 il ötür Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi...
Azərbaycanda noyabrın 30-na gözlənilən hava şəraiti haqqında proqnoz...
Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub....
Kəlbəcərin işğaldan azad edilməsindən 5 il ötür. "KORRUPSİYAXƏBƏR"...
Баннер
Korrupsiya Xəbər » Gündəm » 2026-cı il üzrə dövlət büdcəsinin gəlir və xərc proqnozu artırılıb

2026-cı il üzrə dövlət büdcəsinin gəlir və xərc proqnozu artırılıb

16 okt 2025, 10:05, korrupsiya
0 şərh    4 Baxılıb

2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat proqnozlaşdırılır.

“KORRUPSİYAXƏBƏR" in məlumatına görə, bu Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə əksini tapıb.

Qeyd edək ki, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat, xərcləri isə 41 milyard 548.6 milyon manat proqnozlaşdırılmışdı. Beləliklə dövlət büdcəsinin gəlirləri 186 milyon manat, xərcləri isə 155 milyon manat artırılıb.

Sənəddə bildirilib ki, 2026-cı il üçün dövlət büdcəsi xərclərinin 25 milyard 161,2 milyon manatı və ya 60,3 faizi cari xərclərə (2025-ci illə müqayisə də 407,3 milyon manat və ya 1,6 faiz çox), 14 milyard 84,8 milyon manatı və ya 33,8 faizi əsaslı xərclərə (2025-ci illə müqayisədə 169,3 milyon manat və ya 1,2 faiz az), 2 milyard 457,6 milyon manatı və ya 5,9 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2025-ci illə müqayisədə 58 milyon manat və ya 2,4 faiz çox) yönəldilməsi proqnozlaşdırılır.

KORRUPSİYAXƏBƏR

Şərhlər