Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » İCRA BAŞÇISININ OĞLUNA YÜKSƏK VƏZİFƏ VERİLDİ.

İCRA BAŞÇISININ OĞLUNA YÜKSƏK VƏZİFƏ VERİLDİ.

24 okt 2025, 15:40, korrupsiya
0 şərh    7 Baxılıb

 

Dövlət Turizm Agentliyinə yeni Aparat rəhbəri təyin edilib.

"KORRUPSİYAXƏBƏR” xəbər verir ki, bu barədə agentliyin sədri Fuad Nağıyev əmr imzalayıb. 

Əmrə əsasən, Kənan Əliyev agentliyin Aparat rəhbəri vəzifəsinə gətirilib.  

Qeyd edək ki, Kənan Firdovsi oğlu Əliyev 20 yanvar 1993-cü ildə Bakı şəhərində anadan olub.

2009-cu ildə Qərb Universitetinin nəzdindəki orta məktəbi bitirib. 2011-2014-cü illərdə Mançester Universitetinin Biznes məktəbində bakalavr təhsili alıb.

2014-2015-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində İnsan resurslarının idarə edilməsi üzrə magistr təhsili alıb.

2023–2024-cü illərdə İspaniya Krallığının Madrid şəhərində yerləşən İE Universitetinin Biznes məktəbində EMBA proqramı üzrə təhsil alaraq fərqlənmə diplomu ilə məzun olub.

2016–2017-ci illərdə SOCAR-ın İnsan Resursları Departamentində kadrlar üzrə mütəxəssis vəzifəsində çalışıb. 2017–2021-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsində məsləhətçi və aparıcı məsləhətçi vəzifələrində fəaliyyət göstərib.

2021–2022-ci illərdə Dövlət Turizm Agentliyinin Beynəlxalq əlaqələr şöbəsində sektor müdiri vəzifəsində çalışıb.

2022-ci ilin sentyabr ayından 2025-ci ilin avqust ayınadək Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (UN Tourism) İspaniya Krallığının Madrid şəhərində yerləşən Baş ofisində Bazar araşdırmaları və turizm məhsulları departamentində analitik vəzifəsində çalışıb.

2025-ci ilin oktyabr ayından Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri vəzifəsində çalışır.

İngilis, rus və ispan dillərində sərbəst danışır.

Qeyd edək ki, K.Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyevin oğludur.

Ümid edirik ki, oğul da atası kimi sadə və təvazökar olacaq, xalqa ləyaqətlə xidmət edəcəkdir. Uğurlar diləyirik.

KORRUPSİYAXƏBƏR

Daha çox xəbər:
07 sen 2025, 05:26    5    0
NİKOL PAŞİNYANIN TƏYYARƏSİ AZƏRBAYCANDA...
Şərhlər