Yeni Xəbərlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki...
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək....
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il...
Bələdiyyə üzvlüyünə namizədə hansı güzəştlər var? "KORRUPSİYAXƏBƏR"...
“Təbiəti qoruyanlar gələcəyimizi qoruyurlar” – Elyaz Yazandan ekologiya...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə...
Elyaz Yazan: “Zaqatala rayon prokuroru Qabil Səfərov vətəndaş müraciətlərinə...
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) ölkədə casus şəbəkəsinə qarşı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » Tural Niftalıyev jurnalistləri belə təbrik edib

Tural Niftalıyev jurnalistləri belə təbrik edib

06 noy 2025, 22:27, korrupsiya
0 şərh    21 Baxılıb

Tural Niftalıyev jurnalistləri belə təbrik edib

"KORRUPSİYAXƏBƏR" məlumat verir ki, Təqaüddə olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin sabiq təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev 6 noyabr Radio və Televiziya işçiləri günü münasibətilə jurnalistlərə təbrik ünvanlayıb.

Yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında təbliğat və təşviqat işinin rolu çox böyükdür. Qəzaların qarşısının alınması istiqamətində kütləvi informasiya vasitələrinin köməyindən istifadə etməklə tərəfimizdən mütəmadi olaraq təbliğat və maarifləndirmə işləri həyata keçirilib. Uzun müddət yol hərəkətinin təhlükəsizliyinin təbliği sahəsində sizinlə birgə çalışmışıq. Aparılan təbliğat və təşviqat işlərini yüksək peşəkarlıqla ictimaiyyətə çatdırmısınız. İnsanların həyat və sağlamlıqlarının qorunması istiqamətində sizinlə birgə çox işlər görmüşük. Hər zaman Dövlət Yol Polisinin xidməti fəaliyyətinə olan diqqət və qayğınızı, o cümlədən şəxsən mənimlə səmimi əməkdaşlığınızı yüksək qiymətləndirir, hər birinizə təşəkkür edirəm.Peşə fəaliyyətinizdə Sizə uğurlar arzulayıram, hər zaman yanınızdayam və köməklik göstərməyə hazıram.


Hörmətlə: Tural Niftalıyev

Şərhlər