
İlk öncə hər birinizi salamlayır, Azərbaycan Respublikasının "Milli Həmrəylik günü" və "Yeni il" bayramı münasibətilə redaksiya heyyətinin rəhbəri Elyaz (Yazan) başda olmaqla, redaksiya heyyətinin bütün kollektivi adından təbrik edirik.
Bu bayram təbrikindən sonra, fürsətdən istifadə edərək, Elyaz müəllimin xoşuna gələn mənzərəni və razılıq əlaməti olan bir müsahibəsini KORRUPSİYAXƏBƏR olaraq, diqqətə çatdırmaq istəyirik.
Elyaz müəllim:
Salam olsun dəyərli insanlar, dəyərli izləyici dostlar!
Diqqətinizə çatdırım ki, mən uzun illərdir ki, media sahəsində fəaliyyət göstərirəm. Fəaliyyətim dövrdə bu günə qədər hər zaman ictimaiyyətin gözündə reallığı, həqiqəti (yaxşını-yaxşı,Pisi-pis ) yazan bir media nümayəndəsi kimi tanınmışam.
Elə buna görə də 30 dekabr 2025-ci il tarixdə də Bayram təbriki ilə əlaqədar olaraq, Şəki ŞRPŞ-nin DYPB-nin həyətinə daxil olanda, əvvəl elə bildim yanlış gəlmişəm. Lakin, sonradan tam yaxınlaşan zaman doğru ünvana gəldiyimi bildim. Bir-neçə il bundan öncə Şəki DYPB-nə daxil olanda, elə bil ki, keçmiş kənd yerlərində olan bələdiyyə idarəsinə və ya uşaq baxcasına daxil olduğum kimi hiss edirdim. Yəni ki, bərbad halda idi. Lakin, indiki DYPB-nin rəisi yüksək səviyyədə özünə və peşəsinə hörmət qoyan bir şəxsdir. Ümumiyyətlə nəinki, DYPB-nin rəisi, Şəki ŞRPŞ-nin rəisi də Şəkiyə gələndən sonra yüksək səviyyədə dəyişiklik edilib.
Bu barədə AR-nın DİN-nin rəhbərliyinə təşəkkür məktubu tərəfimizdən ünvanlanacaqdır.
Əlavə olaraq, fürsətdən istifadə edib əvvəlcədən Şəki ŞRPŞ-nin rəisi cənab Elnur Həsənova və Şəki ŞRPŞ-nin DYPB-nin rəisi cənab Ramid müəllimə təşəkkür edirəm, həmçinin də bu iki bayram münasibətilə təbrik edirəm.
Hörmətlə: Elyaz Yazan
"KORRUPSİYAXƏBƏR"