Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » Azərbaycan Ordusunun Şərəf Günü: - 26 İyun – Silahlı Qüvvələr Gününüz Mübarək!

Azərbaycan Ordusunun Şərəf Günü: - 26 İyun – Silahlı Qüvvələr Gününüz Mübarək!

26 iyn 2026, 10:21, korrupsiya
0 şərh    16 Baxılıb

   

Bakı Şəhər Baş Polis İdarəsinin sabiq mətbuat katibi, polis polkovniki Vaqif Əsədov 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbi qulluqçuları təbrik edib.

"KORRUPSİYAXƏBƏR" olaraq, cənab polkovnikin təbrikini Siz dəyərli xalqın diqqətinə çatdırırıq.

Təbrikdə deyilir:

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə ölkəmizin bütün hərbi qulluqçularını, veteranlarını və Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hər bir vətəndaşımızı ürəkdən təbrik edirəm.

Müstəqil Azərbaycanın təhlükəsizliyinin, ərazi bütövlüyünün və dövlətçiliyinin qorunmasında Silahlı Qüvvələrimizin əvəzsiz rolu vardır. Ordumuz yüksək peşəkarlığı, döyüş hazırlığı və Vətənə sədaqəti ilə xalqımızın qürur mənbəyinə çevrilmişdir.

Bu əlamətdar gündə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Dövlətimizin qüdrətinin və xalqımızın təhlükəsizliyinin təminatçısı olan hərbçilərimizə möhkəm cansağlığı, şərəfli xidmətlərində uğurlar, ailələrinə firavanlıq arzulayırıq.

26 İyun – Silahlı Qüvvələr Günü mübarək! Yaşasın Azərbaycan Ordusu! Yaşasın müstəqil Azərbaycan!

Hörmətlə: Vaqif Əsədov

Şərhlər