Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » Elyaz Yazandan Azərbaycan polisinə möhtəşəm təbrik: "Siz dövlətimizin və xalqımızın etibarlı sipərisiniz!"

Elyaz Yazandan Azərbaycan polisinə möhtəşəm təbrik: "Siz dövlətimizin və xalqımızın etibarlı sipərisiniz!"

02 iyl 2026, 01:48, korrupsiya
0 şərh    9 Baxılıb

 

2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin yanında olan, polis orqanlarının fəaliyyətini daim dəstəkləyən, hüquq-mühafizə sahəsinə həsr olunmuş iki xüsusi buraxılış jurnalının müəllifi, "RESPUBLİKAXƏBƏR.AZ" və "KORRUPSİYAXƏBƏR.COM.AZ" İnformasiya-Xəbər Portallarının təsisçi rəhbəri Elyaz Yazan Azərbaycan polisini peşə bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Azərbaycan Polisi ötən 108 il ərzində şərəfli və keşməkeşli bir yol keçərək dövlətçiliyimizin, milli təhlükəsizliyimizin və ictimai asayişimizin ən mühüm təminatçılarından birinə çevrilmişdir. Bu gün Azərbaycan polisi yüksək peşəkarlığı, Vətənə və dövlətə sonsuz sədaqəti ilə xalqımızın etimadını qazanmış, ölkəmizin təhlükəsizliyinin keşiyində mətinliklə dayanmışdır.

Azərbaycan polisi təkcə qanunların keşiyində duran bir qurum deyil, həm də vətəndaşların ümid yeri, çətin anlarında yanında olan güvən ünvanıdır. Xüsusilə Vətən müharibəsində və postmüharibə dövründə polis əməkdaşlarının göstərdikləri fədakarlıq və qəhrəmanlıq hər bir Azərbaycan vətəndaşı tərəfindən yüksək qiymətləndirilir.

Bu əlamətdar gündə ömrünü daxili işlər orqanlarında xidmətə həsr etmiş bütün polis əməkdaşlarını, daxili işlər orqanlarının veteranlarını, şəhid polis ailələrini və qazilərimizi dərin hörmət və ehtiramla salamlayıram. Şəhid olmuş polis əməkdaşlarımızın əziz xatirəsini minnətdarlıqla yad edir, onların ailələrinə Allahdan səbir diləyirəm.

Əminəm ki, Azərbaycan polisi bundan sonra da dövlətimizə və xalqımıza sədaqətlə xidmət edəcək, ölkəmizdə sabitliyin, əmin-amanlığın və qanunun aliliyinin qorunması naminə şərəfli missiyasını uğurla davam etdirəcəkdir.

Fürsətdən istifadə edərək bütün polis əməkdaşlarını 2 İyul – Azərbaycan Polisi Günü və Azərbaycan polisinin yaradılmasının 108-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, hər birinə möhkəm cansağlığı, şərəfli və məsuliyyətli xidmətlərində uğurlar, ailə səadəti və yeni-yeni nailiyyətlər arzulayıram.

Peşə bayramınız mübarək olsun, qəhrəman Azərbaycan polisi! Siz dövlətimizin və xalqımızın etibarlı sipərisiniz!

Hörmətlə: ELYAZ YAZAN 

"KORRUPSİYAXƏBƏR"

Şərhlər